Artıq çəkili insanlar, arxiv şəkli

Şişman xanımlara hansı şalvarları geymək məsləhət deyil?

17
(Yenilənib 21:46 01.04.2021)
Aleksandr Vasilyev əmindir ki, iri bədən quruluşuna malik xanımlar birmənalı olaraq nazik trikotajdan imtina etməlidirlər.

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Birinci kanalındakı "Dəb hökmü" verilişində mütəxəssislər nisbətən iri bədən quruluşuna malik qadınların geyimlərini müzakirə ediblər. Ekspertlər bildirib ki, ilk növbədə şişman xanımların paltarı öz ölçülərinə uyğun seçmələri, dar paltarlara həvəsiməyərək bir qədər böyük ölçüdə paltarlar geyinmələri məsləhətdir. Belə ki, dar paltarlar bədən relyefini o qədər də estetik göstərmir.

Bundan əlavə, şişman xanımlar öz kostyumlarının həndəsi parametrlərinə diqqət yetirmələri daha yaxşı olar: şaquli xətlər nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Üfüqi xətlər isə, əksinə xanımları bir qədər də şişman göstərir. Bu cür şişman bədən quruluşu asimmetrik geyimlər, habelə qara və bir rəngli şalvarlı kostyumlarda daha yaxşı təsir bağışlayır. Lakin, burada paltarın hansı parçadan tikildiyi də vacib məqamdır.

Məsələn Aleksandr Vasilyev əmindir ki, iri bədən quruluşuna malik xanımlar birmənalı olaraq nazik trikotajdan imtina etməlidirlər. Yox əgər geyinmək istəsələr də, "cersi"dən tikilmiş paltarlara üstünlük versinlər.

Digər ekspert Evelina Xromçenko da iri bədənli xanımlara hazırda dəbdə olan dəri geyimdən, xüsusilə də dəri şalvarlardan imtina etməyi məsləhət görüb. Çünki, bu cür paltarlar onsuz da iri görünən bədəni daha da şişman göstərir. Enli, döşəməyə qədər uzanan şalvarlar isə, stilistin fikrincə, artıq çəkini çox uğurla gizlədir.

17
Təcili yardım avtomobili

Bakıda binanın damında gənc qızın meyiti tapıldı

13
(Yenilənib 10:27 21.04.2021)
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

BAKI, 21 aprel — Sputnik. Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

13
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

70
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

70
Teqlər:
klublar, UEFA, futbol
PPX avtomobili, arxiv şəkli

Məşhur meyxanaçını polis saxlayıb

0
Ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

BAKI, 21 aprel — Sputnik. Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb. Tədbirdə Rəşad Dağlı da yer alıb.

Meyxanaçı və onun dostları karantin qaydalarını pozublar. Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.

0