Qadın yatır, arxiv şəkli

Tənbəlliyin üç əlacı

10
(Yenilənib 01:01 31.03.2021)
Tənbəllik – hər şeydən əvvəl insanın öz-özünə qarşı etimadsızlığı, qarşıya qoyulmuş tapşırığın həllinə qadir olduğuna şübhəsidir.

BAKI, 31 mart — Sputnik. İnsanın tənbəlliyi təkcə adi fiziki yorğunluqla deyil, həmçinin mental problemlərlə də bağlı ola bilər. Bəs mövcud vəziyyətin qavranılmasında şüurun dərinliklərindəki hansı təhriflər sonda tənbəlliyə gətirib çıxara bilər? Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən psixiatr, tibb elmləri namizədi Yevgeni Fominin bu barədə fikirlərini təqdim edir.

Həkimin sözlərinə görə, tənbəllik – hər şeydən əvvəl insanın öz-özünə qarşı etimadsızlığı, qarşıya qoyulmuş tapşırığın həllinə qadir olduğuna şübhəsidir. Özünə inamın olmaması isə, öz növbəsində, insanı hər hansı fəaliyyət imkanlarından məhrum edir.

"Bu, şüurun dərinliklərində gizlənən və sanki qiymətdən salan, qarşıda duran vəzifəni yerinə yetirmək üçün gücdən və inamdan məhrum edən psixoloji münasibətdir", - deyə psixiatr bildirib.

Fomin tənbəllikdən qurtulmağın üç yolunu deyib. Onlardan birincisi çox sadədir: harasa səfərə getmək və özünə istirahət vermək.

İkincisi – psixiatra müraciət etmək. Bu halda həkim dərman müalicəsi təyin edə bilər.

Tənbəllikdən qurtulmağın üçüncü yolu isə psixoterapevtin, kouçun və ya psixoloqun köməyi ilə vəziyyyəti aydınlaşdırmaqdır. "Sonuncu variant daha çox o zaman səmərə verir ki, insan öz imkanlarını hansısa mental təhriflərin təsiri altında qiymətləndirir", - deyə həkim vurğulayıb.

"Bu o zaman lazımdır ki, insan vəziyyəti düzgün qiymətləndirə bilmir, yəni insan düşünür ki, işin öhdəsindən gələ bilməyəcək və onun şüurunda bunu fəlakətə çevirmək kimi ideyalar meydana gəlir", - deyə psixiatr fikrini tamamlayıb.

10

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

3
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

3
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: ““Media haqqında” qanunla bağlı ortada xeyli suallar var”

4
(Yenilənib 09:49 13.04.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir
Qulu Məhərrəmli: “Mediamızın əsas problemlərindən biri peşəkar fəaliyyətin qurulmasıdır”

“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4