Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi

Qala yolunda bəzəkli liftli piyada keçidi tikdilər - FOTO

8
(Yenilənib 20:19 30.03.2021)
2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi tikilərək istifadəyə verilib

BAKI, 30 mart — Sputnik. Avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən ərazidə yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu səbəbdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.

  • Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi
    © Azerbaijan Highway State Agency
  • Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi
    © Azerbaijan Highway State Agency
  • Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi
    © Azerbaijan Highway State Agency
1 / 3
© Azerbaijan Highway State Agency
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi

Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.

Qeyd edək ki, 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi tikilərək istifadəyə verilib.

8
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

5
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

5

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

5
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

5
Prezident İlham Əliyev, arxiv şəkli

Azərbaycan Prezidenti: "Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq"

0
(Yenilənib 17:19 12.04.2021)
Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin yaxınları üçün təsəlli onların öz canlarını Vətən uğrunda qurban vermələridir

 

BAKI, 12 aprel — Sputnik. "Əziz hərbçilər, bu gün Sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir".

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, bu mükafatların adlarını da özü verib: "Vətən müharibəsi Qəhrəmanı Ulduzu, "Zəfər" və "Qarabağ" ordenləri yeni təsis edilmiş yüksək hərbi mükafatlardır".

Daha sonra Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin yaxınları üçün təsəlli onların öz canlarını Vətən uğrunda qurban vermələridir: "Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq".

0