CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsindən ayrıldı

© Photo : APANuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O həmçinin 2003-2020-ci illər ərzində Şuranın sədri vəzifəsində çalışıb.

BAKI, 30 mart - Sputnik. Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Report"a açıqlamasında N.Məhərrəmlinin özü məlumat verib.

Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O həmçinin 2003-2020-ci illər ərzində Şuranın sədri vəzifəsində çalışıb.

Xəbər lenti
0