Qazi, arxiv şəkli

Nazirlik 250-yə yaxın Vətən müharibəsi iştirakçısına əlillik təyin etdi

14
Müayinələrin nəticələrinə dair aktlar tərtib edilir, hər bir müayinə prosesinin foto və videogörüntüləri toplanır

BAKI, 30 mart — Sputnik. İndiyədək Vətən müharibəsində iştirak etmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsi olan 250-yə yaxın hərbçiyə müvafiq əlillik dərəcəsi təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya tərəfindən müvafiq işlər davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İşçi qrupu Komissiyanın digər üzvləri ilə birgə (müdafiə və səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) paytaxt və regionlar üzrə yaralanmış hərbçilərin səyyar formada əyani müayinələrini həyata keçirir.

Müayinələrin nəticələrinə dair aktlar tərtib edilir, hər bir müayinə prosesinin foto və videogörüntüləri toplanır.

Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə müdafiə və ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.

Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunverciliyə uyğun operativ qiymətləndirilməsi həyata keçirilir.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da proaktiv şəkildə, elektron sistem üzərində aparılır.

14
Təcili yardım avtomobili

Bakıda binanın damında gənc qızın meyiti tapıldı

10
(Yenilənib 10:27 21.04.2021)
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

BAKI, 21 aprel — Sputnik. Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

10
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

66
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

66
Teqlər:
klublar, UEFA, futbol
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

0
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

0