Tıxac, arxiv şəkli

Paytaxt yollarında dəhşətli tıxac

730
Tıxac səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var

BAKI, 30 mart — Sputnik. Hazırda Bakının əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti dayanıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, tıxac səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Tıxac əsasən Qara Qarayev prospekti - "Koroğlu" metro stansiyası istiqamətində, 20 Yanvar dairəsi - Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti - şəhər istiqamətində, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti - mərkəz istiqamətində, Sabunçu-şəhər yolu-mərkəz istiqamətindədir.

730
Meyvə və tərəvəz satışı, arxiv şəkli

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

2
(Yenilənib 23:55 10.04.2021)
Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.

2
Teqlər:
immunitet, meyvə, yaz, vitamin
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya