Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda ov turizmi: DİN və ETSN birlikdə ərəb turistlərin öhdəsindən gəlməli idi

© AFP 2023 / RAIGO PAJULAОхотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Ovçuluq sahəsində qanunvericiliyə riayət olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və DİN-in əməkdaşları səlahiyyətləri daxilində nəzarət edirlər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Bayram günlərində Azərbaycan ərazisində ərəb mənşəli turistlərin Qırmızı kitaba düşən quşları ovlaması ov turizmi mövzusunu yenidən gündəmə gətirib. Sputnik Azərbaycan ölkəmizdə ov turizminin hansı şərtlər daxilində həyata keçirildiyini araşdırıb.

Məşhur ovçu Faiq Babanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ov turizmi üçün əlverişli şərait var. Ona görə də qaydalar çərçivəsində turistlərə ov üçün icazə verilə bilər: "Hazırda pandemiya dövrü olduğundan ölkəmizə turistlərin gəlib-getməsinə məhdudiyyətlər tətbiq olunub. Amma ölkəmizdə ov üçün əlverişli imkanlar var. Ona görə də ovdan başı çıxan, peşəkar ovçuların müşayəti ilə ov üçün turistlərə icazələr verilə bilər".

Арабский охотник, архивное фото - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Qaxda nadir quşları ovlayan ərəblərdən ikisi cərimələndi

F.Babanlı xarici ölkələrdə də ov turizminin olduğunu, dövlətlərin ov turizmindən xeyli qazanc əldə etdiklərini söyləyir:

"Sadəcə olaraq ov üçün lisenziyalar təsadüfi insanlara verilməməlidir. Ov qaydalarını bilənlər ov lisenziyasını əldə etməlidir. Elə turistləri də ölkəmizə belə peşəkar ovçular gətirməlidir. Ölkəyə gələn turistə ov qaydaları izah edilməli, onlara peşəkar ovçuların iştirakı ilə ov etməyə imkan yaradılmalıdır".

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ova yalnız ov mövsümü müddətində icazə verilir. Onun sözlərinə görə, ov mövsümü hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Elmi Koordinasiya Şurasının iclasında qəbul edilmiş qərara əsasən açılır. Ov mövsümü əsasən mayın sonu açılır, növbəti ilin qış ayında, fevralın sonu bitir.

Ov etmək üçün yerli vətəndaşlar ov etmək qabiliyyətli olmalı, Daxili İşlər Nazirliyinin müvafiq qurumunda qeydiyyatdan keçərək ov üçün silah əldə etməlidirlər. Bundan sonra yerli vətəndaşlar aidiyyəti üzrə yerli ekologiya şöbələrinə müraciət edərək sənədlərini təqdim edirlər. Hansı növ ov etmək istəyi müəyyən edilir və müvafiq dövlət ödəməsi ödəyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumu isə ov üçün icazə verdikdə dəqiq vaxtı, ovun yerini və neçə ədəd ov etməsini göstərir.

Ərəb şeyxləri ov edərkən - Sputnik Azərbaycan, 1920, 21.03.2021
HADİSƏ
"Çadırlarına girməyə ixtiyarımız yox idi" - Ərəblərin Acınohur "macəra"sının şahidi

B.Məhəmmədov bildirir ki, xarici vətəndaşların ov etməsinə gəldikdə 2018-ci ildən bu səlahiyyət keçib ASAN Xidmətə:

"Xarici vətəndaşların ov etməsinə Bakı şəhərində yerləşən 5 saylı ASAN Xidmət tərəfindən icazə verilir. Bunun üçün xarici vətəndaşın ovunu təşkil edən şirkət ASAN Xidmətə müraciət edir. Xarici vətəndaşın sənədlərini təqdim edir, müvafiq ödəməni ödəyir və həmin icazə nazirliyin müvafiq xidməti tərəfindən hazırlanır, ovun yeri, miqdarı, heyvanın növü göstərilir. ASAN Xidmət tərəfindən həmin şəxsə təqdim edilir".

B.Məhəmmədovun sözlərinə görə, ovçuluq sahəsində qanunvericiliyə riayət olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və DİN-in əməkdaşları səlahiyyətləri daxilində nəzarət edirlər.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi Azərbaycanda ov turizmini təbliğ etmir. Ov turizminin inkişafı üçün hər hansı təşviqat işi aparmır.

Xəbər lenti
0