Manat, arxiv şəkli

Problemli kreditlərlə bağlı vəziyyət ciddiləşəcək - Ekspert

1550
(Yenilənib 19:04 30.03.2021)
Kollektorların borcluların ünvanına getməyə qətiyyəti çatmır. Belə ki karantin dövründə insanların əksəriyyəti evdə otururdu. Bu halda onları bütöv bir ailə yumruqlarla qarşılaya bilər.

BAKI, 30 mart — Sputnik. Zarina Orucəliyeva. Cari ilin aprel-may aylarında Azərbaycanda problemli kreditlərin sayının artacağı gözlənilir. Bu barədə Sputnik-Azərbaycana iqtisadi mübahisələr üzrə vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hazırkı pandemiya dönəmində bunu dərk etmək hələ ki çətindir. Problem bir neçə ay sonra meydana çıxa bilər.

“Hələ 2020-ci ilin aprelində Mərkəzi Bank banklara həmin ilin sonuna qədər kreditlərin ödənilməsi ilə bağlı gecikmələri nəzərə almamağı tövsiyə etmişdi. Buna görə də ötən il bu problemlər nəzərə çarpmırdı. Təbii ki bank əməkdaşları müştərilərə zəng vururdular, lakin işləri məhkəməyə göndərmirdilər. Kollektorlar da o qədər fəal deyildilər. Bu il Mərkəzi Bankın müvafiq qərarının müddəti uzadılmayıb. Ona görə də kreditlərin ödənilməsi ilə bağlı çətinliyi olan borcluların müəyyən problemlərlə qarşılaşacağını gözləmək olar. Lakin, hər halda mənə hələ ki bununla bağlı müraciət edən olmayıb. Buna bənzər şikayətlərlə cəmi bir-iki nəfər müraciət edib. Lakin bu o demək deyil ki ümumiyyətlə problem olmayacaq. Düşünürəm ki mətinliklər olacaq və onlar özünü bir müddət sonra büruzə verəcək”, - deyə ekspert bildirib.

Vaxtı keçmiş kreditlərlə bağlı çətinlik banklar məhkəmələrə müraciət etməyə başlayan kimi meydana çıxa bilər. Proqnoz əsaslıdır, həm də ona görə ki, digər ölkələrdə bu tendensiya artıq sezilir. Bu məsələdə həlledici rolu koronovirus pandemiyası, daha doğrusu bununla əlaqədar olaraq bəzi müəssisələrin, mağazaların, ictimai iaşə, istirahət müəssisələrinin və digər sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin dayandırılması oynayıb.

Vəkilin fikrincə, problemli kreditlərlə əsasən sahibkarlar toqquşacaqlar. Artıq indi onların vəziyyəti fiziki şəxslərlə müqayisədə dəfələrlə pisdir. Belə ki, hətta dövlətin dəfələrlə etdiyi yardımlar məhv olan biznesi tam xilas edə bilmədi.

Həsənov onu da bildirib ki, bütün pandemiya dövründə borclular bildirirdilər ki, bank nümayəndələri onlara telefonla zəng vuraraq borcu qaytarmağı tələb ediblər. Hələ ki bu proses qiyabi surətdə davam edir. Banklar pullarını geri almaq üçün bu prosesə kollektorları cəlb etmirlər. Amma eyni zamanda banklar çıtin kreditorlarla bağlı məhkəməyə müraciət etməyiblər.

Kollektorların özlərinin də borcluların ünvanına getməyə qətiyyəti çatmır. Belə ki karantin dövründə insanların əksəriyyəti evdə otururdu. Bu halda onları bütöv bir ailə yumruqlarla qarşılaya bilər.

İkinci Qarabağ müharibəsi də gecikmiş kreditlərlə bağlı məsələyə mənfi təsirini göstərdi.

“Müharibə dövründə banklar şəhidlərin və yaranananların kreditlərini bağışladılar. Lakin müharibədə iştirak etmiş, lakin yaralanmamış və həlak olmamış kreditorlar da var. Onların borcların qaytarılmasına hansısa mənəvi haqları var. Təbii ki, insan borc götürübsə, onu qaytarmalıdır. Həm də ona görə ki, söhbət banklardan gedirsə, həmin pullar bankların deyil, əmanətçilərindir. Borclular müharibə zamanı müdafiəsinə qalxdıqları cəmiyyətə müraciət edə bilərlər. Düşünürəm ki, “Yaşat” Fondu bununla bağlı bizim hamımızın hesabına bu məsələdə yardımçı ola bilər”, - deyə Həsənov vurğulayıb.

1550
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4
Məmur portfeli, arxiv şəkli

"Vəkilin işinin çoxluğu hüquq problemlərinin olmasından xəbər verir"

262
(Yenilənib 13:28 17.04.2021)
Hüquqşünas Azərbaycanda vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği, vəkil statusu almaq üçün tələblər və digər məsələlərdən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Ombudsman insan hüquqlarının müdafiəsində vəkillik institutunun əhəmiyyətini nəzərə alaraq, illik məruzələrində ölkədə vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləğinin yüksəldilməsi və fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara təkliflərlə müraciət edib. Həmçinin, Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblərin yumşaldılmasını məqsədəmüvafiq hesab edib.

Məsələ ilə bağlı vəkil Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, əvvəllər məhkəmələrdə hüquqların müdafiəsi ilə bağlı istənilən şəxs başqa şəxsi təmsil edə bilirdi: "Bu da sui-istifadə hallarına gətirib çıxarırdı. Sonra hüquqi yardımın və peşəkarlığın artırılması üçün qanunvericiliyə dəyişiklik edildi ki, məhkəmədə şəxsi yalnız yaxın qohumları və vəkil təmsil edə bilsin. Amma ali təhsilli hüquqşünaslara məhkəmədə şəxsi təmsil etmək imkanları saxlanılmalı idi. Hazırda Azərbaycanda adambaşına düşən vəkillərin sayı qabaqcıl ölkələrlə müqayisədə azdır. Lakin Vəkillər Kollegiyası vəkillərin sayının artırılması üçün mütəmadi tədbirlər görür və bu proses davam edir. Fikrimcə, vəkillərin sayı artırıldıqdan sonra məhdudlaşma aparılsa idi, daha yaxşı olardı. Amma mövcud vəkil sayına görə vətəndaşların çətinliklə üzləşdiyini düşünmürəm. Bu istiqamətdə müəyyən qədər regionda problemlər var, lakin bunun həlli də mümkündür".

O bildirib ki, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməlidir: "Bu baxımdan vəkillərin sayını sürətli şəkildə artırmaq da doğru deyil. Razıyam, vəkillərin sayını artırmaq olar. Lakin vəkil statusu almaq istəyənlərin təcrübəsi olmalı, onlar yoxlanılmalı, tələblərə cavab verməlidirlər. Vəkilin savadsızlığından, qeyri-peşəkarlığından vətəndaşa zərər gələndə onu artıq düzəltmək olmur. Kriteriyalar azalanda da keyfiyyətli yardımın səviyyəsi aşağı düşə bilər. Hazırda 3 il staj tələb olunur və bunu 2 ilə endirmək olar. Düşünürəm ki, ixtisaslaşmaya getmək lazımdır. Məsələn, 7 il maliyyə sahəsində işləyən şəxsə birbaşa vəkil statusu verilsə, maliyyə sahəsində yüksək yardım göstərməsi mümkündür, lakin cinayət işləri sahəsində isə işə zərər verə bilər, çünki bu sahədə təcrübəsi yoxdur. Yəni şəxsin 7 il təcrübəsi hansı sahədədirsə, həmin sahə üzrə vəkillik etməlidir. Digər sahələrdə vəkillik etmək istəyirsə, imtahandan keçməlidir".

Onun sözlərinə görə, bəzən vəkillərin iş yükü artır: "Məsələn, Bakı şəhərində xeyli çıxarışsız tikililər var. Kütləvi olaraq çıxarış verilməkdən imtina olunur və bu, problem həll edilmir. Bu zaman vətəndaşlar vəkillərə müraciət edirlər. Vəkilin işinin çoxluğu hüquq problemlərinin mövcudluğundan xəbər verir. Vəkil dövlət müəssisəsi deyil. Vəkilin işi əslində çox olmamalıdır, məsələni kökündən həll etmək lazımdır".

"Vəkillərə dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği artırılıb. Əvvəllər 1 saat 2 manat idi, hazırda 1 saat 6 manatdır. Lakin hazırki şəraitdə bunu bir az da artırmaq olar. Əsas odur ki, vəkillər üçün maddi-texniki təminat olsun", - deyə o əlavə edib.

262
 İnsanın kölgəsi, arxiv şəkli

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlandı

0
Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir

0