Yeddi gözəl baleti, arxiv şəkli

Rusiyanın məşhur teatrında "Yeddi gözəl" baleti nümayiş olunacaq

99
(Yenilənib 20:16 29.03.2021)
Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. "Rus baleti" teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyasını hazırlayıb BAKI, 29 mart — Sputnik.

BAKI, 29 mart — Sputnik. Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi "Rus baleti" teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşa bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə Moskva Quberniya Teatrında göstərilib. Baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub.

Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. "Rus baleti" teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyasını hazırlayıb.

Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Yeddi gözəl" baletində Bəhram şah rolunun ifaçısı olub.

"Yeddi gözəl" baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir.

Sevgi, dostluq, xəyanət, hökmranlıq, sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.

Müxtəlif illərdə "Yeddi gözəl" baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.

SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən "Rus baleti" Moskva vilayəti Dövlət Akademik Balet Teatrı əksəriyyəti "Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", "Jizel", "Zoluşka", "Don Kixot", "Şəhrizad" kimi klassik nümunələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, həm də bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliya və Yaponiyadan olan balet artistləri də çalışırlar.

99

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

281
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

281
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

5
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

5
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini keçdi

0
(Yenilənib 14:26 12.04.2021)
Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb.

BAKI, 12 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 510 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Xəstəlikdən sağalanların sayı 182 836 olub. Hazırda bu ölkədə 15785 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0