CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlərdən oğurluq edən şəxslər saxlanılıblar

© AP Photo / Themba HadebeСилуэт человека, фото из архива
Силуэт человека, фото из архива  - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulublar. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

BAKI, 29 mart — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3000 ABŞ dolları və 1600 manat pulun oğurlanması ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulublar.

Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12000 manat pul və 5400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

 

Xəbər lenti
0