CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan ayının başlanacağı tarix açıqlandı

© AFP 2023 / SAID KHATIBЛуна в форме полумесяца, фото из архива
Луна в форме полумесяца, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

BAKI, 29 mart — Sputnik. Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək.

Qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. QMİ-dən bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

Xəbər lenti
0