Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva

Hər bir yükü yorulmadan çiyinlərində daşıyan Azərbaycan qadını: Yeganə dostum...

1421
(Yenilənib 13:20 27.03.2021)
"Yoldaşım rəhmətə gedəndən sonra depresiyaya düşdüm. Sanki dünyadan təcrid olunmuşdum. Amma övladlarım üçün qüvvəmi toplamalı idim".

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Azərbaycan qadını öz zəkası, əxlaqı, müdrikliyi ilə hər zaman xalqımızın adını uca edib. Belə bir qəhrəman qadınlarımızdan biri də Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyevadır. Pakizə xanım həm gözəl ana, həm də təkbaşına cəmiyyətimiz üçün bir çox uğurlara imza atmış Azərbaycan qadınıdır. 

Öncə qısa da olsa qəhrəmanımızın həyat hekayəsini öyrənməyə çalışdıq. O, 1971-ci ildə Xaçmaz rayonunda anadan olub. 1987-ci ildə təhsil aldığı 1 saylı məktəbi əla qiymətlərlə bitirib. Azərbaycan Dillər Universitetinə daxil olub. Ali təhsil aldığı müddətdə ailə həyatı quran Pakizə xanım təhsil formasını əyanidən qiyabiyə çevirir. Bu onun həm də əmək fəaliyyətinə başlamasına təkan olur. O, Xaçmaz Tarix Diyarşünaslıq muzeyində əvvəlcə ekskursiyaçı, daha sonra isə baş fond mühafizəçisi vəzifələrində çalışıb. İlk təhsilindən razı qalmayan Pakizə xanım ikinci dəfə “Azərbaycan dili və ədəbiyyatı“ ixtisası üzrə təhsil alıb. 2015-ci ildə muzeyin müavini, 2017-ci ildə isə direktor vəzifəsində fəaliyyət göstərib.

© Sputnik / Shahperi Abbasova
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva

Bugünkü uğurların heç də asan başa gəlmədiyini deyən Pakizə xanım bura qədər olan uğurlara necə nail olduğu haqda bizə danışıb: "İlk onu qeyd edim ki, uğurlarım heç də asan başa gəlməyib. Çətin günlərim tələbəlik illərindən başlayıb. Belə ki, tələbəlik illərim ölkəmizdə azadlıq hərəkatının başlandığı dövrlərə təsadüf edib. 1-ci kursda oxuyanda 20 Yanvar faciəsinin şahidi olmuşam. O dəhşətləri öz gözlərimlə gördüm. Hətta azadlıq hərəkatı mitinqlərində iştirak edirdim. Tələbə yoldaşlarımla birləşib 20 Yanvarda əziyyət çəkən ailələrə yardım etməyə başladıq. Təbii ki, rayondan gələn 17 yaşlı bir qız uşağı üçün bu şeylər çətin idi. Amma tükənmədən, usanmadan yardımlarda iştirak etdim. Mitinqlərdə iştirak edəndə də heç bir qorxu vətən, azadlıq sevgimi üstələyə bilmirdi”.

“Daha sonra, tələbəlik illərindən Qarabağ müharibəsinin şahidi oldum. Hətta bu müharibədə tələbə yoldaşlarımızdan şəhid olanlar da oldu. Baş verənlər mənim psixologiyama da təsir etmişdi. Sanki dünyanın yükü çiyinlərimdə yığılmışdı və öz kürəyimdə illərlə gəzdirməyə məcbur oldum”.

© Sputnik / Shahperi Abbasova
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva rəqs kollektivi ilə

Pakizə xanım daha sonra ailə həyatı qurur. Övladları olduqdan sonra onun həyatında sanki yeni səhifə açılır. Ömrünə ömür qatılır. Amma xoş günlərlə bərabər, çətin günlər də qəhrəmanımızın dostu olur. Çünki bir iş xanımı olmaq,  eyni zamanda övladlarının təhsili, tərbiyəsi ilə məşğul olmaq onun üçün çətin idi. Hətta 2 qız övladı xanımın tələbə olduğu dövrlərdə dünyaya gəlib. Həm iş, həm təhsil, həm də uşaqlara baxmaq hər qadının bacaracağı bir iş deyil. Amma o, bunu bacarır. Pakizə xanımın dörd övladı da yüksək qiymətlərlə məktəbi bitirib universitetlərə daxil olublar. Qəhrəman ana vətənə dörd layiqli övlad böyüdüb. O, bu haqda danışdıqca sevincdən gözləri gülürdü. Çünki onları istədiyi kimi böyüdüb, təhsillərini verib istədiyi yerdə görə bilmişdi. Təbii ki, bu, hər bir valideyinin arzusu olsa da, çox zaman arzu olaraq da qalır.

Acılarını gizlətməyə çalışsa da, üz cizgilərindən bunu oxumamaq olmazdı. Çünki o arxa dayağı olan ömür-gün yoldaşını itirmişdi. Çiynindəki yüklər birə-min artmışdı.

© Sputnik / Shahperi Abbasova
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva

“Mən heç vaxt gözləməzdim ki, mənim həyatımda belə bir hadisə olsun. 2014-cü ilin payızında yoldaşımın ağır xəstəliyə tutulduğunu öyrəndim. Bunu öyrənəndə sanki dünya başıma yıxıldı. Dörd uşaq, onların qayğıları, üstəlik iş həyatım. Biz onu dəfələrlə həm Türkiyədə, həm ölkəmizdə əməliyyat etdirdik. Amma heç biri fayda vermədi. Belə bir dönəmdə mənə ən yaxın olan böyük qızım idi. Biz ailə olaraq bir il ərzində çox ağır günlər keçirdik. Mən həm işləməli, həm də onun yanında olmalı idim. Artıq nə mənəvi, nə də fiziki olaraq gücüm qalmamışdı. Onu itirdik. Bəlkə də ən azından bir övladının xeyir işini görsəydi, bu qədər təəssüf hissi keçirməzdim. O, rəhmətə gedəndən sonra depresiyaya düşdüm. Sanki dünyadan təcrid olunmuşdum. Amma övladlarım üçün qüvvəmi toplamalı idim. Və topladım da. Mənim üçün həyatla mübarizəmin növbəti dönəmi başladı”, - həmsöhbətimiz vurğulayıb.

Ayaqlarını daha da yerə bərk vurmağa çalışan qəhrəmanımız o gündən bir qadın olmağı buraxıb, yalnız yaxşı ana və yaxşı müəssisə rəhbəri olmaq üçün var gücünü səfərbər edib. Onun çalışdığı muzey respublika üzrə ən yaxşı fəaliyyət göstərən muzeylərdəndir. Onun sözlərinə görə, muzeyin hər bir problemi sanki evinin problemi kimi onu narahat edib. Bundan başqa, ilk dəfə olaraq eksponatların siyahısının hazırlanıb bərpa mərkəzinə aparılmasında mühüm rolu olub.

© Sputnik / Shahperi Abbasova
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva

Beləcə Pakizə xanım bu gün Xaçmaz rayonunda sevilən-seçilən qadınların ən öndə gedənlərindən sayılır.

Pakizə xanım işi ilə yanaşı, bu gün Qarabağ əllillərinə, şəhid ailələrinə əlindən gələn köməyi əsirgəməməyə çalışır. Onları daima diqqətdə saxlamağa çalışacağını bildirir.

O, əldə etdiyi bütün uğurlara görə Allahına borclu olduğunu, həyatda onun yeganə dostunun Allahın olduğunu deyir.

Pakizə xanımın gələcək planları daha böyükdür. O, nə qədər canında can var bu vətən, bu millət üçün çalışacağını bildirir.

1421
Aşmış ağac

Yevlaxda qovaq ağacı aşdı, obyektler ziyan gördü - FOTO

2
(Yenilənib 11:34 13.04.2021)
Yevlax sakini: “Uşaqlar nəhəng ağac aşmazdan bir neçə dəqiqə əvvəl evə girmişdilər, çox şükür ki, salamat qurtulduq”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yağış yağmadı, tufan olmadı, nəhəng ağac nərilti ilə iki hissəyə ayrılıb böyük ərazini əhatə edən yerə aşdı. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Yuxarı Salamabad kəndində baş verib. Təxminən 60-70 il öncə əkilən qovaq ağacı qəfildən aşaraq 4 kənd sakini - Rza Rüstəmov, Yazgül Baxışova, Elşən İlyasov, Məhəmməd Məmmədovun obyektlərini yararsız hala salıb. Ağacın iri budaqları dam örtüklərini, satışda olan malları sıradan çıxarıb.

Yuxarı Salamabad kənd sakini Ağca Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, həyətində olan ağac aşan zaman qorxub, həyəcan keçirib: “Bir anlıq düşündüm ki, evin üzərinə aşacaq. Həm də orada uşaqlar oynayırdılar, qorxdum ki, onlara xəsarət yetirər. Əvvəlcə bərk səs gəldi, bir tərəfi aşdı, qışqırdım, qonşuları çağırdım. Sonra gördüm ki, ağac iki hissəyə bölünərək aşıb. Çox şükür ki, evimizin üzərinə aşmadı, bəlkə də külək olsaydı, istiqamətini dəyişərdi. Həyətdə olan su kranını, su mühərrikini zədələyib. Tövlənin üstünə düşüb, dam örtüyünü sındırıb. Sevinirəm ki, xəsarət alan olmadı, evimizi dağıltmadı”.

  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Aşmış ağac

Sakinlər iddia edirlər ki, aşan qovaq ağacının 60-70 il yaşı olar. Ağac içərisindən çürüdüyündən qəfildən iki yerə ayrılıb və sakinlərə zərər vurub.

Kənd sakini Seymur Cəfərov bildirib ki, ağac aşan zaman xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib: “Günortadan keçmişdi, bərk səs eşidildi. Bir də gördük ki, nəhəng qovaq ağacı aşdı. Yaxınlıqda olan 4 sahibkara ciddi ziyan dəyib. Əsasən dam örtükləridir, bir obyektin də divarını zədəliyib. Çox şükür ki, xəsarət alan olmadı. Ağacın budaqları çox qalın və ağırdır, ona görə düşdüyü yeri dağıdıb. Onu da qeyd edim ki, bir il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın budaqlarının kəsilməsi barədə sərəncam verilib".

Qovaq digər ağaclara nisbətən o qədər də möhkəmliyi ilə seçilmir. Ağac böyüdükcə müəyyən hissələrində çürümə gedir və onun məhvinə səbəb olur.

2

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

4
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

4
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi