AQTA laboratoriyas;

AQTA tanınmış restoranları cərimələdi - SİYAHI

7
Nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib.

BAKI, 26 mart — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi ev 14 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mehti Kamaloviçə məxsus "Firuzə" restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 1054 ünvanında yerləşən, fiziki şəxs Həmzəyev Məmməd Həmzə oğluna məxsus "IST FOOD" restoranı

3. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Hüseyn Mirsuca oğluna məxsus "Ağ şəhər" kafesi;

4. Bakı şəhəri, Səbail Rayonu, N. Rəfibəyli küçəsi 37 ünvanında yerləşən, hüquqi şəxs "Madoer" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mado" kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Qələmov Şamxal Musa oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, 1-ci mərtəbə, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Orucov Rafiq Məmməd oğluna məxsus "Əncir" restoranı;

7. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanında yerləşən, hüquqi şəxs "TB PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

8. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Natiq Əhməd Cavanşir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 8A ünvanında yerləşən, fiziki şəxs Mikayılov Dövlət Məmməd oğluna məxsus "Elit" restoranı;

10. Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus dönər evi;

11. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, İlqar Əhlimanov küçəsi (Hövsan qəs.), ev 13B ünvanda yerləşən, fiziki şəxs Məmməd Əsədov Əli oğluna məxsus "Tumurcuq" kafesi;

12. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mürvətli Şəhriyar Paşa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;

13. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 9 ünvanında yerləşən, fiziki şəxs Quliyev İlham Firudin Oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;

14. Salyan rayonu, Salyan şəhəri, A. Ağabəyov küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Ağayev Samir Əlifağa oğluna məxsus yeməkxana;

15. Şəmkir rayonu, Elşən Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Vəliyev Azad İsa oğluna məxsus kafe;

16. Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yerləşən, fiziki şəxs Abdurəhmanov Polad Xudaverdi oğluna məxsus "Görüş" kafesi;

17. Gəncə şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əsədi Vüqar Rafiq oğluna məxsus "Ləzzət" çayxanası;

18. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, fiziki şəxs Atayev Əli Hümbət oğluna məxsus kafe;

19. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Ceyhun Məmmədəli oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

7
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

3
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

3
Məmur portfeli, arxiv şəkli

"Vəkilin işinin çoxluğu hüquq problemlərinin olmasından xəbər verir"

156
(Yenilənib 13:28 17.04.2021)
Hüquqşünas Azərbaycanda vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği, vəkil statusu almaq üçün tələblər və digər məsələlərdən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Ombudsman insan hüquqlarının müdafiəsində vəkillik institutunun əhəmiyyətini nəzərə alaraq, illik məruzələrində ölkədə vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləğinin yüksəldilməsi və fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara təkliflərlə müraciət edib. Həmçinin, Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblərin yumşaldılmasını məqsədəmüvafiq hesab edib.

Məsələ ilə bağlı vəkil Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, əvvəllər məhkəmələrdə hüquqların müdafiəsi ilə bağlı istənilən şəxs başqa şəxsi təmsil edə bilirdi: "Bu da sui-istifadə hallarına gətirib çıxarırdı. Sonra hüquqi yardımın və peşəkarlığın artırılması üçün qanunvericiliyə dəyişiklik edildi ki, məhkəmədə şəxsi yalnız yaxın qohumları və vəkil təmsil edə bilsin. Amma ali təhsilli hüquqşünaslara məhkəmədə şəxsi təmsil etmək imkanları saxlanılmalı idi. Hazırda Azərbaycanda adambaşına düşən vəkillərin sayı qabaqcıl ölkələrlə müqayisədə azdır. Lakin Vəkillər Kollegiyası vəkillərin sayının artırılması üçün mütəmadi tədbirlər görür və bu proses davam edir. Fikrimcə, vəkillərin sayı artırıldıqdan sonra məhdudlaşma aparılsa idi, daha yaxşı olardı. Amma mövcud vəkil sayına görə vətəndaşların çətinliklə üzləşdiyini düşünmürəm. Bu istiqamətdə müəyyən qədər regionda problemlər var, lakin bunun həlli də mümkündür".

O bildirib ki, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməlidir: "Bu baxımdan vəkillərin sayını sürətli şəkildə artırmaq da doğru deyil. Razıyam, vəkillərin sayını artırmaq olar. Lakin vəkil statusu almaq istəyənlərin təcrübəsi olmalı, onlar yoxlanılmalı, tələblərə cavab verməlidirlər. Vəkilin savadsızlığından, qeyri-peşəkarlığından vətəndaşa zərər gələndə onu artıq düzəltmək olmur. Kriteriyalar azalanda da keyfiyyətli yardımın səviyyəsi aşağı düşə bilər. Hazırda 3 il staj tələb olunur və bunu 2 ilə endirmək olar. Düşünürəm ki, ixtisaslaşmaya getmək lazımdır. Məsələn, 7 il maliyyə sahəsində işləyən şəxsə birbaşa vəkil statusu verilsə, maliyyə sahəsində yüksək yardım göstərməsi mümkündür, lakin cinayət işləri sahəsində isə işə zərər verə bilər, çünki bu sahədə təcrübəsi yoxdur. Yəni şəxsin 7 il təcrübəsi hansı sahədədirsə, həmin sahə üzrə vəkillik etməlidir. Digər sahələrdə vəkillik etmək istəyirsə, imtahandan keçməlidir".

Onun sözlərinə görə, bəzən vəkillərin iş yükü artır: "Məsələn, Bakı şəhərində xeyli çıxarışsız tikililər var. Kütləvi olaraq çıxarış verilməkdən imtina olunur və bu, problem həll edilmir. Bu zaman vətəndaşlar vəkillərə müraciət edirlər. Vəkilin işinin çoxluğu hüquq problemlərinin mövcudluğundan xəbər verir. Vəkil dövlət müəssisəsi deyil. Vəkilin işi əslində çox olmamalıdır, məsələni kökündən həll etmək lazımdır".

"Vəkillərə dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği artırılıb. Əvvəllər 1 saat 2 manat idi, hazırda 1 saat 6 manatdır. Lakin hazırki şəraitdə bunu bir az da artırmaq olar. Əsas odur ki, vəkillər üçün maddi-texniki təminat olsun", - deyə o əlavə edib.

156
Kişi uşağı ilə, arxiv şəkli

Bu il 17 uşaq övladlığa verilib

0
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

 

BAKI, 17 aprel — Sputnik. Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.

0