Ekologiya və Təbii sərvətlər nazirliyi

Əcnəbiləri Acınohur çölünə dəvət edən yerli vətəndaşdır - ETSN

16
(Yenilənib 14:32 26.03.2021)
Acınohur ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

BAKI, 26 mart - Sputnik. “Bir neçə gündür, sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz rəftar olunması barədə məlumatlar yayılıb”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

“Bununla bağlı demək istərdim ki, ictimaiyyət də bilməlidir ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ və istirahətini təşkil edə bilər. İstirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməli və bunun qarşısını almalıdır. Məlumatlar bizə daxil olanda araşdırma apardıq. Məlum oldu ki, Acınohur ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”, - deyə H. Əlizadə bildirib.

O qeyd edib ki, bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil olub: “Bununla bağlı onlar cərimə edildilər. Dünən mətbuatda məlumat yayıldı ki, həmin ərazidə hətta ov da aparılıb. Bununla bağlı araşdırmaya başladıq. Fakt qismən təsdiq edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanın Qax rayonu ərazisində heyvanlarla rəhmsiz davranışı, nadir quş və heyvan növlərini ovlamasını əks etdirən foto və videolar yayılıb.  

16

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

8
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

8
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

161
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

161
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin