CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vidadi Muradovun yerinə təyinat olub

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Bundan öncə həmin quruma Vidadi Muradov rəhbərlik edib. Yanvar ayında vəzifədən azad edilmiş Vidadi Muradova qarşı qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı

BAKI, 18 mart — Sputnik. Emin Səlhab oğlu Məmmədov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Emin Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub. Bundan başqa, o ötən il Mədəniyyət nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdi.

Xatırladaq ki, bundan öncə həmin quruma Vidadi Muradov rəhbərlik edib. Yanvar ayında vəzifədən azad edilmiş Vidadi Muradova qarşı qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Xəbər lenti
0