CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özünüməşğulluq proqramı 12,7 dəfə genişlənəcək - Nazir

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək münasibətlərinin leqallaşmasına və əməkhaqqı donunun artmasına müsbət təsirini göstərib

BAKI, 18 mart — Sputnik. 2021-ci ildə aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi bizim əsas hədəflərimizdən biridir. Eyni zamanda özünüməşğulluq proqramına bu il 16 min şəxsi cəlb etməyi nəzərdə tuturuq. Bu o deməkdir ki, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə muqayisədə bu proqram 2021-ci ildə 12,7 dəfə genişlənəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, cari ilin hədəflərindən biri də 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməkdir: "Bu, işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılmasına mühüm dəstək olacaq".

S.Babayev diqqətə çatdırıb ki, ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək münasibətlərinin leqallaşmasına və əməkhaqqı donunun artmasına müsbət təsirini göstərib: "2020-ci ildə də əmək müqavilələrinin sayı 150 min (10 faiz), əməkhaqqı fondu 12 faiz artıb. Ümumən son 3 ildə əmək müqavilələrinin sayında 30% və ya 400 minə yaxın, əməkhaqqı fondunda 81% artım özünü göstərib. Bu müsbət dinamikanın qorunub saxlanması da əsas hədəflərdəndir".

Xəbər lenti
0