Avtomobil tıxacı, arxiv şəkli

BNA: Paytaxtın əksər küçə prospektlərində sıxlıq müşahidə olunur

12
(Yenilənib 10:28 18.03.2021)
H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

BAKI, 18 mart — Sputnik. Hazırda əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Sıxlıq olan küçə və prospektlərdə, xüsusən də H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

12
Təcili yardım avtomobili

Bakıda binanın damında gənc qızın meyiti tapıldı

10
(Yenilənib 10:27 21.04.2021)
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

BAKI, 21 aprel — Sputnik. Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

10
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

67
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

67
Teqlər:
klublar, UEFA, futbol
Ermənilərin saxtakarlığı

Ermənilər köhnə formada baş daşları hazırlayaraq qəbiristanlıqlara atıblar

30
(Yenilənib 11:51 21.04.2021)
Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əməkdaşı Faiq İsmayilovun sözlərinə görə, saxta xaç və baş daşları hazırlamaq üçün hər il may ayında Şuşada festival keçirilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 aprel – Sputnik. Ermənilər işğal altında saxladıqları ərazilərə üzərində ermənicə yazılar yazılmış daşlar qoyublar. Bu cür daşlar Cəbrayılın işğaldan azad olunan Horovlu kəndində və digər ərazilərdə də aşkarlanıb. Məqsəd isə hər zamankı kimi tarixi saxtalaşdırmaq və bu ərazilərdə ermənilərin yaşadığına dair saxta izlər qoymaq olub. Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əməkdaşı Faiq İsmayilov Sputnik Azərbaycan-a bildirib ki, emənilər həmişə Azərbaycanın milli mədəni dəyərləri üzərində saxtakarlıqlar ediblər. Tarixi-mədəniyyət abidələri və memarlıq abidələrinin qruluşu erməni memarlığına uyğun gəlmir. Bu səbəbdən də həmin tikililərin formlalarını və orijinal görkəmini dəyişidirərək erməni abidələri kimi təqdim etməyə çalışıblar.

© Photo : Сourtesy of Faik Ismayilov
Ermənilərin saxtakarlığı
“Onlar həmçinin, bədii daşlar və xaçlar hazırlayır, həmin hissələri müxtəlif maddələrə salaraq daşın rəngini dəyişir, köhnə göstərməyə çalışırlar. Hazırlanmış bu maketləri Azərbaycanın işğal altında saxladıqları bütün ərazilərində - qəsəbə, bulaq, turizm üçün əhəmiyyətli olan sahələrimizdə yerləşdirirlər” – F. İsmayılov deyib.

Kəlbəcərdə və digər ərazilərdə Alban xaç daşları hazırlayan bir neçə sex aşkarlanıb. Faiq İsmayilovun sözlərinə görə, saxta xaç və baş daşları hazırlamaq üçün hər il may ayında Şuşada festival da keçirilib və oraya dünyanın bir çox ölkələrindən memarlar dəvət olunub.

  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
1 / 4
© Photo : Сourtesy of Faik Ismayilov
Ermənilərin saxtakarlığı
“Bu müsabiqədə xaç daşları, erməni mədəniyyətinə uyğun müxtəlif daşlar, dekorativ bədii sənət nümunələri hazırlanırdı. Bunların sayları çox olurdu. Hər il təkcə Şuşa şəhərində 300-500 sayda bu cür monumental qurğular, bədii daş nümunələri hazırlanırdı”.

Sonra isə hazırlanmış materiallar işğal altındakı ərazilərə yerləşdirilib. Ermənilərin orada yaşaması ilə bağlı saxta izlər qoymaq üçün isə əsasən qəbiristanlıqlar hədəf seçilib.

© Photo : Сourtesy of Faik Ismayilov
Faiq İsmayılov

“Festivaldan sonra, yəni bu müsabiqədən sonra bütün bunları maşınlara yığaraq Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Ağdam və işğal altında saxlanan digər şəhər və rayonlarda, oradakı kənd ərazilərində, qəbiristanlıqlarda, inzibati yaşayış yerinin xarabalıqlarında qoyurlar” ,– F. İsmayılov əlavə edib.

Yaşayış məntəqələrinin sakinləri də bildiriblər ki, işğaldan əvvəl həmin qəbiristanlıqlarda o cür baş daşları olmayıb.

30