Bakının mərkəzində insanlar, arxiv şəkli

Pandemiyanın sayəsində? Azərbaycanlıların sayı artır

41
Bir ildən artıq davam edən pandemiyaya baxmayaraq, DSK əksəriyyətini qadınların təşkil etdiyi Azərbaycan əhalisinin artdığını bildirir

BAKI, 17 mart — Sputnik. Son iki il ərzində Azərbaycan əhalisinin sayı 122 min nəfər artıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin fevral ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 3015 nəfər və ya 0.03% artaraq 10 122 148 təşkil edib.

Əhalinin yarıdan çoxu, yəni 53%-i şəhərlərdə, 47%-i isə kənd yerlərində yaşayır. Əhalinin 49,9%-ni kişilər, 50.1%-i isə qadınlar təşkil edir.

Əhalinin sıxlığı hər kvadrat kilometrə 117 nəfər təşkil edir.

Cari ilin yanvar ayında ölkədə 7972 ölüm faktı qeydə alınıb.

Hesabat dövründə ölkə ərazisində 10812 uşaq dünyaya gəlib ki, bu da hər 1000 nəfərə 12.7 körpə deməkdir. Yeni doğulmuşların 53.4%-ni oğlanlar, 46,6%-ni qızlar təşkil edir. 238 dəfə əkiz, 6 dəfə isə üçəm dünyaya gəlib.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycanda 2717 nikah və 1179 boşanma qeydə alınıb.

41
Teqlər:
Azərbaycan, Koronavirus, artım, əhali, pandemiya

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

31
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

31
 Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq adlı konfransda

İlham Əliyev: "Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir"

15
(Yenilənib 10:48 13.04.2021)
"Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Biz 1500-dən çox Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.

Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.

Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.

15
Teqlər:
Qarabağ, sülhməramlı, Rusiya, Ermənistan, Azərbaycan, İlham Əliyev
Entoni Hopkins

Entoni Hopkins üçüncü "Tunc maska"sını aldı

0
(Yenilənib 10:42 13.04.2021)
Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

BAKI, 13 aprel — Sputnik. Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı "Ata" ("The Father", 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi "Ma Reyni: blyuzun anası" ("Ma Rainey's Black Bottom", 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər "Metalın səsi" ("Sound of Metal", 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, "Ağ pələng" ("The White Tiger", 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin "Sərxoş" ("Drunk", 2020) filminə görə danimarkalı Mads Mikkelsen və "Mavritaniyalı" ("The Mauritanian", 2021) filminə görə fransız Tahar Rahim idi.

Qeyd edək ki, məşhur aktyor bir neçə dəfə "Oscar", "Qızıl qlobus", "Emmi" və s. mükafatları qazanıb.

0
Teqlər:
Entoni Hopkins, aktyor, mükafat, film