CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Mənzillərin təqdimatı  - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
"O illərlə bu illər arasında çox fərq var. Onda hərbi komandanlıq zəif idi. 44 günlük müharibədə isə elə dastanlar yazıldı ki, bütün dünya Azərbaycanın qəhrəmanlığından danışdı" - Qarabağ müharibəsi iştirakçısı

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bakının Ramana qəsəbəsindəyik. Qarşımızda 1512 mənzildən ibarət böyük bir yaşayış kompleksidir. Bu gün daha 50 Qarabağ müharibəsi əlili və şəhid ailəsi burada mənzillə təmin olunub. Onlar arasında illərdir ev növbəsində dayananlar da var.

Sputnik Azərbaycan təqdimat mərasimində iştirak edərək, həm onların mənzil şəraiti ilə tanış olub, həm də ağrılı-acılı günlərinin xatirələrini dinləyib.

Həmsöhbətimiz Nadirov Ceyhun xeyli müddətdir mənzil həsrətində olanlardandır. 1993-cü ildə Qarabağ müharibəsinə könüllü olaraq qatılan həmsöhbətimiz gedən ağır döyüşlər nəticəsində bir gözünü itirib: "Vətənin ağır günü idi, torpaq uğrunda vuruşmağı özümə borc bilib müharibəyə yollandım. Onda subay idim, 22 yaşım vardı, ailəmin belə könüllü olaraq müharibəyə yazılmağımdan xəbəri yox idi. Qiyaslı, Xıdırlı, Ətyeməz kəndləri isitqamətində gedən döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə gedən ağır döyüşlərdə bir gözümü itirdim, digər gözümdə isə görmə 60 faizdir".

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Mənzillərin təqdimatı

O, ağır döyüşlərdə qəlpə yarası alıb, bədənində 40-dan artıq qəlpə var. Müharibə onun ayağında, çiynində də sağalmaz izlər buraxıb:

"Ağdam istiqamətində gedən döyüşlərdə mühasirədən çıxan vaxt yaralandım. Düzü, yaralandığımı hiss etmirdim, elə o vəziyyətdə özüm nə qədər yaralı yoldaşlarımı hospitala daşımışdım. Sadəcə olaraq gözümün axdığını hiss etmişdim, artıq hospitala çatanda özümdə olmamışdım. Elə oradaca özümdən getmışdim, bir neçə gün komada qalandan sonra Bakıda, xəstəxanada gözümü açdım".

O I Qarabağ müharibəsindən bədənində qəlpələr gəzdirir: "44 günlük müharibədə yaralı olan əsgərlər deyəndə ki bədənimdə qəlpə var, deyirəm, qorxmayın, məndə ondan 40 dənədir. Bərk saxlayın, deyirəm".

Ceyhun Nadirov müharibədən qayıtdıqdan sonra ailə həyatı qurur, iki qızı, bir oğlu dünyaya gəlir. Həyat yoldaşı 41 yaşlı Xatirə Nadirova da bizimlə sevincini bölüşür: "16 yaşımda Ceyhunla nişanlandım, 17 yaşımda, 1997-ci ildə isə ailə həyatı qurduq. Ceyhun mənim uzaq qohumum idi. Eşitdik ki, ailəsi evlənmək üçün Ceyhuna qız axtarır, neçə qapını döysələr də yox cavabı alıblar. Düzü, bunu eşidəndə çox pis olmuşdum. Müharibə əlili ilə mən, başqası ailə qurmasın, bəs kim ailə qursun, deyə düşünürdüm. Axı onların da yaşamaq haqları var. Düzü, öncə ailəm də etriaz etdi, hətta dedilər ki, vaxt gələr, peşman olarsan. Amma heç də peşman olmadım, əksinə, həm çox xoşbəxtəm, həm də onunla qürur duyuram".

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Mənzillərin təqdimatı

Bu illərdə çətinliklər olsa da, hər zaman bir-birlərinə dayaq olublar. O, həyat yoldaşının həm  gözü, həm də gəzən ayağı olub. Deyir ki, bir-birimizi sevməsəydik, yəqin ki, ailəmizin bünövrəsi belə möhkəm olmazdı".

Bu gün mənzillə təmin olunanlar arasında Niyazi Səmədov da var: "Birinci Qarabağ müharibəsi qazisiyəm. 90-cı illərdə gedən müharibəyə könüllü olaraq qoşulmuşdum, 22 yaşım vardı. Belə bir gündə 90-cı illərdə gedən müharibəni yada belə salmaq istəməzdim".

Niyazi Səmədov deyir ki, o illərdə Laçın istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Ancaq onun üçün indi o döyüşləri yada salmaq sanki yaranı yenidən qanatmaq kimidir. "O günlərin qayıtmasını, müharibələrin təkrarlanmasını heç istəmirəm", - deyən Niyazi Səmədov I Qarabağ müharibəsində 1 gözünü itirib, bir ayağı isə ümumiyyətlə işləmir. O 44 günlük vətən müharibəsindəki qələbədən isə qürur hissi ilə danışır: "O illərlə bu illər arasında çox fərq var. Onda hərbi komandanlıq zəif idi. 44 günlük müharibə isə Azərbaycanın gücünü, silahlarını bir daha bütün dünyaya bəyan etmiş oldu.  44 günlük müharibədə elə dastanlar yazıldı ki, bütün dünya Azərbaycanın qəhrəmanlığından danışdı".

Qələbədən sonra, Novruz bayramı öncəsi mənzillə təmin olunmaq isə onun ailəsinə də bayram əhval-ruhiyyəsi bəxş edib: "Üç övladım var, biri ailə qurub. Nəvələrim də var. Bunadək kirayələrdə yaşamışdıq. Mənzillə təmin olunmaqla çiyinlərimiz üzərindən böyük yük götürüldü".

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Mənzillərin təqdimatı

Şəhid mayor Siyavuş Kəlbiyevin ailəsi də mənzillə təmin olunub. Artıq bu gündən etibarən şəhidin həyat yoldaşı Pərvanə Kəlbiyeva 2 övladı ilə birgə burada yaşayacaq. Pərvanə xanım bizə həyat yoldaşı, onun qəhrəmanlığı haqda danışır: "O, peşəkar hərbçi olub və 16 il idi ki, orduda çalışırdı. Döyüşlərə N saylı hərbi hissənin kəşfiyyat rəisi olaraq yollanmışdı.

27 sentyabrda müharibəyə qoşularkən tapşırığa yoldaşım deyil, onun köməkçisi getməli imiş. Amma o buna imkan verməyib və özü birbaşa döyüşlərə qatılıb. Çünki özü cəbrayıllı idi. Qarabağ, Xocalı onun ən ağrılı yeri idi.

Özü 1993-cü ildə Cəbrayıldan məcburi köçkün kimi Bakıya, Sabunçu rayonunun Pirşağı qəsəbəsinə gələrək vaqonda məskunlaşmışdı. Ailələri 10 nəfərdən ibarət olub və yoldaşım hərbi akademiyada təhsil alanadək, 16 il orada yaşayıblar. Yoldaşım hərbi akademiyaya daxil olduqdan sonra onun xalasının köməkliyi ilə ev tikilir və onlar orada yaşamağa başlayırlar. Mən yoldaşımla qohum olmuşam, biz ailə quranda yoldaşımın işi ilə əlaqədar olaraq rayonlarda kirayələrdə yaşamalı olmuşuq. Onunla 2013-cü ildə ailə həyatı qurmuşduq, 27 yaşında. Səkkiz ildir ailəli olsaq da, inanın, heç hesablasaq, iki il birgə yaşaya bilmədik. Çünki o, işi ilə əlaqədar olaraq tez-tez təlimlərdə olurdu".

© © Photo : Courtesy of Parvana KalbiyevaKəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev
Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev

Siyavuş Kəlbiyev 2020-ci ilin 29 sentyabrında Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub: "Onunla çox tez-tez əlaqə qura bilmirdik. Sonuncu dəfə sentyabrın 25-də gecə 1-də evə gəlmişdi. Uşaqlarla görüşdü, amma harasa getdiyini hiss elətdirmədi. Sadəcə olaraq dedi ki, həyatdır, gedərəm, dönməyə bilərəm. Ondan sonra onunla heç bir əlaqə qura bilmədik. Sentyabrın 29-da yaralanma xəbərini aldıq, daha sonra döyüş yoldaşları dedilər ki, Füzuli istiqamətində gedən döyüşlərdə yetərincə irəliləmişdi. Kəşfiyyat rəisi olaraq bütün qrupa rəhbərliyi də özü edib. Lakin atılan minamyot atəşində dünyasını dəyişərək şəhid oldu. Onun meyitini oradan götürən yoldaşlarının sözlərinə görə, Siyavuş şəhadətinə gülərək qovuşub. O, şəhid olduqdan bir neçə gün sonra doğum gününü də elə cənnətində qeyd edib".

O gedəndə son olaraq həyat yoldaşına öz ətrini, hərbi bıçağını isə böyük oğluna yadigar olaraq verib: "Düzü, bunu zarafat olaraq qəbul etdik, inanmadıq ki, nəsə olar. Həm də baş verənlərlə bağlı o bizi məlumatlandırmırdı, hərbi işi ilə bağlı çox danışan deyildi. Bir dəfə, elə sentyabrın 27-də ona mesaj yazdım ki, nə olub, aləm bir-birinə dəyib. Bir qədər sonra, elə səhər saatlarında ondan mənə "boş şeydir, inanmayın" deyə bir mesaj gəlmişdi".
© Sputnik / Nigar IskanderovaSəmədov Niyazi
Səmədov Niyazi - Sputnik Azərbaycan
1/6
Səmədov Niyazi
© Sputnik / Nigar IskanderovaI Qarabağ müharibəsi qazisi Ceyhun Nadirov ailəsi ilə birgə
Mənzillərin təqdimatı  - Sputnik Azərbaycan
2/6
I Qarabağ müharibəsi qazisi Ceyhun Nadirov ailəsi ilə birgə
© Sputnik / Nigar Iskanderova
Mənzillərin təqdimatı  - Sputnik Azərbaycan
3/6
© Sputnik / Nigar Iskanderova"Maştağa" ləqəbli Vidadi Ağagülov
Mənzillərin təqdimatı  - Sputnik Azərbaycan
4/6
"Maştağa" ləqəbli Vidadi Ağagülov
© © Photo : Courtesy of Parvana Kalbiyeva
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev ailəsi ilə - Sputnik Azərbaycan
5/6
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev ailəsi ilə
© © Photo : Courtesy of Parvana Kalbiyeva
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev övladı ilə - Sputnik Azərbaycan
6/6
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev övladı ilə
1/6
Səmədov Niyazi
2/6
I Qarabağ müharibəsi qazisi Ceyhun Nadirov ailəsi ilə birgə
3/6
4/6
"Maştağa" ləqəbli Vidadi Ağagülov
5/6
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev ailəsi ilə
6/6
Kəşfiyyat rəisi, mayor Siyavuş Kəlbiyev övladı ilə

Şəhidin həyat yoldaşı artıq bir müddət idi ki, Bakıda kirayədə yaşayırdı: "Yoldaşım şəhid olduqdan sonra Bakıya qayıtmaq məcburiyyətində qaldım. Lakin qaynanamgillə birgə yaşaya bilmədik. Çünki orada qaynanam, qaynatam, baldızım, qaynım, onun həyat yoldaşı və övladları - hamısı birgə yaşayırlar. Bu səbəbdən 2 övladımla birgə kirayədə yaşamalı oldum. Bu gün isə artıq mənzillə təmin olundum. Dövlətimizə göstədiyi qayğı və diqqətə görə təşəkkür edirəm. Dövlət bir daha bizə şəhidinin, şəhid ailəsinin yanında olduğunu göstərdi".

Pərvanə xanımın 2 və 5 yaşında iki övladı var. Onlar da bu gün ataları ilə qürur duyur və böyüyəndə hərbçi, həbi həkim olmağı arzulayırlar.

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Burada Qarabağdan acılı-şirinli xatirələr yaşayacaq - Reportaj - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Mənzillərin təqdimatı

Qeyd edək ki, bu gün Bakının Ramana qəsəbəsindəki 1512 mənzildən ibarət yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Vətən müharibəsi qazisi Vidadi Ağagülov  və başqaları iştirak ediblər.

V.Behbudov bildirib ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Nazirlik tərəfindən bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. Şəhid ailələri və müharibə əlilləri onların sosial müdafiəsinə göstərilən diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, mənzillər püşkatma əsasında təqdim edilib.

Xəbər lenti
0