Sənəd, arxiv şəkli

Bu şəxslərin sənədlərinin etibarlılıq müddəti uzadılıb

10
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir.

BAKI, 15 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 30 iyun 2021-ci il tarixinədək uzadıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, səbəb dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyasıdır. Bununla bağlı Dövlət Dəniz Agentliyi tərəfindən aidiyyəti işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.

Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya"nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – "Dənizçinin şəxsiyyət sənədi"nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 30 iyun 2021-ci il tarixinədək uzadır.

Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

– Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;

– Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;

– Əmək müqaviləsinin surəti.

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – "Dənizçinin şəxsiyyət sənədi"nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, 1 oktyabr 2020-ci il, 31 dekabr 2020-ci il, daha sonra isə 31 mart 2021-ci il tarixinədək uzadılmışdı.

10

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

2
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

2
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

67
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

67
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film