Gecə səhər yağış yağacaq

8
Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq

BAKI, 14 mart - Sputnik. Azərbaycan ərazisində martın 15-də  gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

8
Teqlər:
külək, buludlu hava, yağış, hava proqnozu

Ey qızıl lalələr, qızıl lalələr video

2
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

2

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

147
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

147