Ailə

Övladlığa uşaq götürmək istəyənlərin bilməli olduğu yenilik

120
(Yenilənib 23:47 13.03.2021)
Sosial Xidmətlər Agentliyi: "Yaxın qohumlar tərəfindən övladlığagötürmə üzrə müraciətlər ümumi müraciətinin 35%-ni təşkil edir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Azərbaycanda övladlığagötürmə asanlaşdırılır. Bu Ailə Məcəlləsində dəyişiklikdə öz əksini tapıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, prezidentin 2018-ci ildə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.

Dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sputnik Azərbaycan qohumların övladlığa uşaq götürməsi ilə bağlı hansı güzəştlərin olduğunu araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna verilən cavaba görə, uşağı övladlığa götürmək istəyən qohumlardan övladlığa götürmə ilə bağlı bəzi mərhələlərdən keçmək tələb olunmur: "Övladlığa götürmək istəyən qohum şəxslər təlimlərə cəlb edilmir. Övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi prosesi də qohumlara şamil olunmur. Bu şəxslərə övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili tətbiq edilmir. Həmçinin övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsə evində yerləşdirilməsi kimi mərhələ də tətbiq olunmur".

Sosial Xidmətlər Agentliyindən bildirirlər ki, müvafiq qanunvericiliyə əsasən bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları uşağa münasibətdə yaxın qohum hesab edilir. Agentliyin məlumatına görə, 01.11.2019-cu il tarixindən sonra ümumilikdə 32 uşaq övladlığa verilib, onlardan 21-i yaxın qohumlar tərəfindən övladlığagötürmə halıdır. O ki, qaldı yaxın qohumların övladlığa uşaq götürməyə marağına,Agentlikdən bildirdilər ki, yaxın qohumlar tərəfindən övladlığagötürmə üzrə müraciətlər ümumi müraciətinin 35%-ni təşkil edir. Bu isə uşaqların yaxın qohumları tərəfindən övladlığa götürülməsinə marağın yüksək olduğunu deməyə əsas verir.

120
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

2
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

2

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

0
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

0