CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan tankçılarının gecə və gündüz məşqindən VİDEO

© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Ordunun birləşmələrində məşğələlər
Əlahiddə Ümumqoşun Ordunun birləşmələrində məşğələlər  - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

BAKI, 12 mart — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.  Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.

Xəbər lenti
0