İlhamə Qasımova, arxiv şəkli

Həyat yoldaşı vəfat edən müğənni: "Çox pis idim, depressiyaya düşdüm" - VİDEO

41
"Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim".

BAKI, 12 mart — Sputnik. Müğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı etiraf edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "ABC 24"ə müsahibəsində uzun müddətdir gündəmdən düşməyən həyat yoldaşı ilə ayrılması məlumatlarına son qoyub.

O bildirib ki, əri dünyasını dəyişib: "Ailə həyatım 4 il əvvəl bitib. Şayiələr yayıldı ki, boşanıb. Dedim, ayıbdır, sabah biləndə xəcalət çəkəcəksiniz. Verilişlərdə bu haqda çox suallar verildi. Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim".

İlhamə şou-biznesdə dəb olan "Həci" söhbətinə münasibət bildirib: "Kim necə qazanır özü bilər. Heç kimi qınamıram. O, acından öləndə qapısını döyüb "salam" verməmişəm. Eləcə də mən ac qalanda, kimsə qapımı döyməyib. İndi insanlarda elə düşüncə yaranıb ki, kiminsə pulu varsa, mənə verməlidir. Biznesmen əziyyət çəkir qazanır. Mən acamsa, öz tənbəlliyimdir. Pis tərəfi bunu açıqlamalarıdır. Beş Həcin olsun, get yaşa. Alt paltarını açmağa ehtiyac yoxdur. Mən aclıq olsun, xoşbəxtlik olsun tərəfdarı deyiləm. İnsan kasıb olanda çox günah edir. Amma başqasına möhtacı olmayanda, pulun olanda günah işlərə əl atmırsan".

41
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

3
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

3

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

3
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

3