Bakıda yağışlı hava

Bakının bu küçə prospektlərində tıxac var

13
(Yenilənib 10:45 12.03.2021)
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

BAKI, 12 mart — Sputnik. Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunmaqdadır.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti) sıxlıq Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil, eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) - sıxlıq

Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) - sıxlıq

Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq

Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) - nisbətən sıxlıq

A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində) - sıxlıq

Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində) - sıxlıq

28 May küçəsi - (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) - sıxlıq

Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində) - sıxlıq

Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində) - sıxlıq

Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) - sıxlıq

13

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

4
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

4
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4