Bakının mərkəzində insanlar, arxiv şəkli

Azərbaycanlı xanımlar nüfuzlu mükafata layiq görüləcəklər

36
(Yenilənib 21:29 11.03.2021)
Qeyd edək ki, Sputnik Azərbaycan tədbir çərçivəsində iştirakçılardan birinə xüsusi mükafatını təqdim edəcək.

BAKI, 11 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın ən uğurlu və istedadlı qadınları Azerbaijan Woman Awards mükafatına layiq görüləcəklər. Mətbuat xidmətindən Sputnik Azərbayacn-a verilən məlumata əsasən, layihə Azerbaijan Woman Club təşkilatı tərəfindən beynəlxalq qadın Business Woman jurnalının dəstəyi ilə həyata keçiriləcək.

Azerbaijan Woman Awards ictimai həyatda, təhsil, səhiyyə, biznes, mədəniyyət, incəsənət, elm, memarlıq, idman, dəb və KİV sahələrində nailiyyətlərə görə müxtəlif nominasiyalarda təqdim olunacaq. Mükafatın təsisçisi Aqil Məmiyev, layihənin direktoru Pərviz Əzimzadə, icraçı direktor Sirac Bəyalızadə, PR-direktoru isə Vüqar Səfərlidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Azerbaijan Woman Awards (@azerbaijanwomanawards)

Mükafat alanlar sırasında Xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Fransanın Vasconi Architectes memarlıq şirkətinin vitse-prezidenti Aytən Mirzəyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, şairə Zəhra Bədəlbəyli, dizayner Gülnarə Xəlilova, rəssam Aydan Salahova, “İçərişəhər” muzey mərkəzinin direktoru Əminə Məlikova,Xalça muzeyinin direktoru Şirin Məlikova, plastik cərrah Könül Ağamirova və başqaları var.

Mükafatlandırma mərasimi karantin rejiminin bütün qaytdalarına əməl olunmaqla keçiriləcək.

Sputnik Azərbaycan layihənin informasıya tərəfdaşıdır.

Qeyd edək ki, Sputnik Azərbaycan tədbir çərçivəsində iştirakçılardan birinə xüsusi mükafatını təqdim edəcək.

36

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

5
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

5
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

92
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

92
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

0
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

0
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə