Soyuq hava şəraiti

Əhaliyə XƏBƏRDARLIQ: çalışın, evdən çıxmayın

1389
"Əgər güclü külək və çovğun sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və məftillərinin, hündür ağacların altında dayanmayın" - FHN

BAKI, 11 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq martın 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağıntılı olacaq, havanın temperaturu enəcək. Xüsusən, Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, çovğun olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmamağı tövsiyə edir. Bu barədə FHN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bununla yanaşı, əgər güclü külək və çovğun sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və məftillərinin, hündür ağacların altında dayanmayın. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışın.

Buz bağlamış yollarda hərəkət edərkən:

• ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

• ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

• yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

• sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

• yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı "112"-yə zəng edin!

1389
Teqlər:
tövsiyə, çovğun, FHN, hava şəraiti

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

1
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

1
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4