Mingəçevirdə mənzillər

İpoteka bahalaşmaya səbəb oldu: Mingəçevirdə fantastik qiymətlərə mənzil təklif edilir

1366
(Yenilənib 14:13 10.03.2021)
"Şəhərin mərkəzində 1-2 otaqlı evlər 38-40 minə təklif edilir. Əksər sakinlər isə aldıqları maaşla, ipoteka ilə ev almağın mümkün olmadığını deyirlər."

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Kür çayı Mingəçeviri iki hissəyə ayırır. Buranın yayı isti, qışı mülayim keçir. Mingəçevir daha çox energetiklər şəhəri kimi tanınınır. Burada yerləşən Azərbaycan İES demək olar ki, ölkənin yarıdan çoxunu elektirik enerjisi ilə təmin edir. "Nur şəhəri" son illər turizm bölgəsi olaraq da, həm yerli, həm də xarici turistlərin diqqətini çəkə bilib. Pandemiyadan öncə, ərəblər, ruslar, almanlar bu şəhərə istirahət üçün üz tuturdular. Müxtəlif ölkənin avarçəkənləri Kür Olimpiya Tədris İdman Mərkəzində təlim-məşq toplantıları keçirdilər.

Mingəçevirdə univeristet, kollec, fabrik və digər istehsal müəssələri olduğundan, buraya digər bölgələrimizdən gələnlər də az deyil. Hazırda şəhər əhalisinin sayı 106 mindən çoxdur. İnsanlar artıqca, burada məskunlaşanlar da günbəgün artır. Bu səbəbdən mənzil sahibi olmaq istəyənlər də çoxdur. Təmiz, səliqəli, sakit şəhərdə ev almaq istəyənlər artdığından qiymətlər də bahalaşıb. 70 yaşlı şəhər sakini İslam Şirinov övladı üçün yeni mənzil almaq istəsə də, bahalaşma onun istəyinə mane olub:

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə mənzillər
"Bizim şəhərdə evlərin qiyməti həddindən artıq yüksəlib. İpotekaya da çox adamın gücü çatmır. Mingəçevir kimi şəhərdə əmək haqqı 300-400 manatdı. İpoteka almaqdan ötrü aşağısı gərək 700-800 manat əmək haqqın ola. Belə görünür ki, imkansız təbəqəyə ev almaq gələn perspektivdə mümkün olmayacaq".

Şirinovun sözlərinə görə, Mingəçevirdə satışda iki cür evlər var: "Leninqrad" və "Xruşşovka" deyilən çoxdan tikilən binalardakı mənzillər. "Leninqrad" tiplilər bahadır, bir otaqlısı 25-30 minə qalxıb. Çünki birotaqlıları ikiotaqlıya da çevirib mətbəxi eyvana çıxarmaq olur. "Xruşşovka"-lardakı təmirsiz birotaqlı evi isə 25 min manata tapmaq olar. "Ayrı cür mümkün deyil, tələbat çoxdur. Amma hamı ala bilmir.", - deyə o, bildirib.

Mingəçevirdə rieltor xidmətində çalışanlar da qiymətlərin artdığını təsdiqlədilər. Uzun illərdir bu sahədə çalışan Aydın Heydərov Sputnik Azərbaycan-ın müxbirinə bildirib ki, şəhərdə ipoteka krediti ilə satış xeyli canlanma yaradıb.

© Sputnik / Rahim Mammadov
Aydın Heydərov
"Binalarda 1-2 otaqlı mənzillər bahalaşıb. Ötən illə müqayisədə 5-6 min manat fərq var. Buna səbəb də ipoteka kreditinin verilməsi oldu. Bu, çox gözəldi. Ona görə də alqı-satqıda canlanma var. Banklar tərəfindən ipoteka krediti verilməsəydi, inandırım sizi, evlərin qiyməti 30 faiz düşəcəkdi. Artım daha çox bina evlərində müşahidə edilir, torpaq sahələrinin isə qiyməti stabildi, artım yoxdu. Onu da deyim ki, həyət evləri nisbətən ucuzlaşıb."

Şəhərdə rieltor fəaliyyəti göstərən Vüqar Yusifov da artımın olduğunu bildirdi. Amma o, bəzi ev sahiblərinin qiymətləri fantastik həddə qaldırmasını da gizlətmədi:

© Sputnik / Rahim Mammadov
Vüqar Yusifov

"İpotekaya görə ev alanlar çoxdur, müştəriyə ürəyi istəyən kimi ev vermək olmur. Amma fantastik qiymətlər deyən ev sahibləri də olur. Məsələn, baxırsan ki, evin dəyəri 90 mindir, amma onu 100 min manata deyir. Biz də görürürük ki, bu, real qiymət deyil, ev sahibi onu süni şəkildə artırıb. Alıcı da götür-qoy edir, fikirləşir ki, bina evinə bu qədər pulu verməkdənsə, həyət evi tikdirmək daha sərfəlidir. Həyət evləri indi ucuzlaşıb. Kirayədə qalmaq istəyənlər də yaxşı şəraiti olan evlər axtarırlar."

© Sputnik / Rahim Mammadov
Rieltor

Ev-alqı satqısı ilə məşğul olanlar bildirir ki, daha çox müştərilər şəhər mərkəzində mənzil almağa can atırlar. Onu da qeyd edək ki, hazırda Mingəçevirdə kirayə və torpaq alqı-satıqısı ilə məşğul olanların fəallığı o qədər də müşahidə edilmir.

1366
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

2
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

2
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava