Bakıda tutqun hava, arxiv şəkli

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

14
(Yenilənib 14:26 09.03.2021)
Bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

BAKI, 9 mart — Sputnik. Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

14
Повесившийся в лесу человек. Архивное фото

Tovuzda 20 yaşlı tələbə intihar edib

89
(Yenilənib 23:35 19.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

89
Muzeylərdə “Açıq qapı” günü

Qoruq muzeylərdə "açıq qapı" günü keçirilib

6
(Yenilənib 23:29 19.04.2021)
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

BAKI, 19 aprel — Sputnik. Aprelin 18-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "Açıq qapı" günü təşkil olunub. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə keçirilən "açıq qapı" günündə müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
1 / 3
© Photo : State Tourism Agency
Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib

"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən "Tarix və Mədəniyyət Nümunələri Xalqın Milli Sərvətidir" adlı sərgidə orta əsr Azərbaycan sənətkarlarının əl işləri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentina Respublikasının mədəniyyət profilli "Kanal A" televiziyası da çəkiliş aparıb.

"Kiş" Tarix-Memarlıq Qoruğunun həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Kiş Alban Məbədinin tarixi, qoruqda yerləşən digər tarixi mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi ilə bağlı məlumat verilib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib. Yalnız Şəkidə mövcud olan bu sənət növü üzrə hazırlanan əsərlərdə əsasən təbiət mənzərələri, kənd həyatının motivləri əks olunub.

Şəki Dövlət Rəsm Qalereyasının bağında - açıq havada "Tarixi abidələr rəssamların gözü ilə" adlı sərgi təşkil olunub. Şəkili rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boya və akvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloj qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd Məscidində məktəblilər üçün tədbir təşkil edilib.

"Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisində yerləşən sənətkar emalatxanalarında ödənişsiz olaraq master-klasslar təşkil edilib.

"Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.

6
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0