Bakıda yaşayış binası, arxiv şəkli

Paytaxt "partlamaq" üzrədir - Bakı zaman dincələcək?

1427
(Yenilənib 21:46 09.03.2021)
"Sovet dövrü ilə müqayisədə Bakının əhalisi iki dəfə artsa da, Bakını genişləndirməyiblər. Elə Bakının öz içində bir Bakı tikiblər"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ötən əsrin 90-cı illərindən etibarən digər şəhərlərdən Bakıya kütləvi axın başlayıb. Son illərdə isə bu axın daha da geniş vüsət almağa başlayıb. Bunun əsas səbəblərindən biri də regionlarla müqayisədə Bakıda iştapma imkanının daha əlçatan olmasıdır.

Lakin paytaxtda əhali sayının artması, getdikcə rayondan müvəqqəti iş üçün Bakıya axışan şəxslərin artıq ailə quraraq burada məskunlaşması səbəbi ilə əlaqədar  bu gün paytaxtda mənzillərə də tələbat artmaqdadır. Bu tələbatın qarşılanması üçün yenidənqurma işlərinin durmadan davam etdirilməsi isə nəqliyyat infrastrukturunu tamamilə iflic vəziyyətə salıb. Artıq tikintilərin yollara yaxın hissələrdə, yol kənarlarında olması həmin ərazilərdə sıxlıq yaradır. Bu isə həm də həmin ərazilərdə əhalinin sayının da artması deməkdir.

Maraqlıdır, şəhər əhalisini təngə gətirən tikinti bumu nə zaman bitəcək?

Tikinti üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Öncədən hər bir ərazi üzrə bir baş plan hazırlanır və planda ərazilər üzrə nə qədər binaların tikiləcəyi göstərilir. Bu binalar tikilərkən kommunikasiya xətləri də çəkilir. Bütün bunlar bitəndən sonra yolların bərpasına başlanılır. Əslində bu belə olmalıdır. Amma bizdə təəssüflər olsun ki, bunu görə bilmirik. Hnasısa şirkət rəhbəri bir ərazidə boş yer alır və orada bina tikməyə başlayır. Həmin ərazilərdə tikinti işlərinin bitməsinə görə ən azı iki ildən çox vaxt gedir. İki il ərazində yaranan səs-küy, tıxac, ekolji problemlər isə çoxlu narahatlığa səbəb olur. Əksdər hallarda tikinti şirkətləri binanın kommunikasiya xətlərini ümumi sistemə qoşur. Hansı ki, bu sistem vaxtı ilə yaradılan infrastruktur üçün nəzərdə tutulmuşdu. Yeni tikililərin xətlərinin də bu sistemə quraşdırılması yükləməni artırır. İşlər baş pana uyğun getmədiyi üçün əksər hallarda problemlər yaranır".

© Sputnik / Murad Orujov
Tikinti üzrə ekspert Elnur Fərzəliyev

Ekspert artıq Bakıda tikinti bumunun bitdiyini deyir və bildirir ki, bunun da səbəbi satış üçün əlverişli sayılan yerlərdə boş torpaq sahələri qalmaması ilə əlaqədardır: "Bundan başqa, şirkətlər üçün artıq pilot layihələri icra etmək də maraqlı deyil. Biz bütün hallarda günahı tikinti şirkətlərinin üzərinə qoyuruq, amma əslində bu tam olaraq belə deyil".

 Ekspert deyir ki, bu binaların yaratdığı digər əsas problemlərdən biri də avtomobillərin saxlanılması, uşaqların oynaması üçün yerlə qalmamasıdır: "Sovet dövrü ilə müqayisədə Bakının əhalisi iki dəfə artsa da, Bakını genişləndirməyiblər. Elə Bakının öz içində bir Bakı tikiblər. Baxın 5 mərtəbəli binanı söküb yerində 15-20 mərtəbəli bina tikirlər. Axı o həyət, ətraf 5 mərtəbə üçün nəzərdə tutulmuşdu. Bu cür addımların atılması orada yaşayan digər insanların hüquqlarının pozulması, həyat tərzlərinin pisləşməsidir".

Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov tikinti bumunun müsbət və mənfi tərəflərindən danışır: "Azərbaycanda ilk inşaat bumu 2005-2009-cu illəri əhatə edir. 2009-cu ilədək il ərzində Bakı şəhəri, Abşeron yarımadasında ilə 110-120 yeni layihə başlayıb. 2016-cı ilə kimi isə bu sahədə durğunluq olub. 2016-cı ildə Nazirlər Kabinetinin pilot layihələrlə bağlı 86 saylı qərarı oldu və qəzalı vəziyyətdə olan binalar yeniləri ilə əvəz olundu. Bu məsələnin müsbət tərəfi oldu. Ən çox da Bakı şəhərinin Nərimanov, Nəsimi və Yasamal rayonu ərazilərində bu layihələr icra olundu. Bu səbəbdən də 2017-2018-ci illər inşaat üçün ən aktiv illər oldu. 2018-ci ildə Arxitektura komitəsinə səlahiyyətlər verildikdən sonra layihələr getdikcə azalmağa başladı".

© Sputnik / Murad Orujov
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov

"Bu günə kimi də 86 saylı qərarla Bakı şəhərində inşaat işləri davam edir. 86 saylı qərarın tikintiyə çox müsbət təsiri oldu və tikinti şirkətləri kiçik binaları nağd pullara satın almağa başladılar. Eyni zamanda da inşaat materialları satan tikinti bazarlarında da bir canlanma oldu, yeni iş yerləri açıldı. 2017-2018-ci illərdə  Bakı və Abşeronda tikinti şirkətləri tərəfindən 250-dən çox layihə icra olundu", - deyə ekspert bildirir.

E.Azadov deyir ki, 2018-ci ildən sonra isə layihələndirmə əvvəlki kimi olmadı: "Kobud desək, əvvəllər tikinti şirkətləri 1 hektarda 50-60 min kvadratmetr inşa edirdilərsə, artıq yeni normativlərdə bu göstərici 2 dəfə və bundan bir qədər də artıq azalıb. Nəticədə tikintinin həcmi azaldı, lakin nəzarət mexanizmləri gücləndirildi. Binaların yüklülüyü, hündürlüyü də azaldıldı. Ciddi vergi mexanizminin tətbiqi, tikinti şirkətlərinin öncəki kimi müəyyən ərazidə normadan kənar tikinti ilə məşğul ola bilməməsi mənzil bazarında qiymət artımına səbəb olub. Artıq tikinti şirkətləri qiymətləri 10 faizədək qaldırıblar".

"Tikinti bumunun digər mənfi təsiri isə müəyyən ərazilərdə əhali sıxlığının daha da artması ilə bağlıdır. Tikintilərin çox olduğu ərazilərdə polikinikalar, uşaq bağçaları, məktəblər daha da yüklənir, şəhərin əhalisi daha da artır. Bizdə urbanizasiya həddindən artıq yüksəkdir. Belə deyək, ortalama yaşayış fondunun 20 faizini kirayə mənzillər təşkil edir ki. Digər böyük şəhərlərin isə mənzil fondunun təxminən 1/3-i boş qalıb. Bu gün Bakıya iş üçün gələnlər də az deyil", - deyə o əlavə edib.

Ekspert deyir ki, Bakının yükünün azaldıması üçün mərkəz hesdab edilən rayonlarda ikinci mərkəzlər yaradıla bilər: "Məsələn, Qəbələ, Ağdaş, Yevlax kimi şəhərlərdə belə mərkəzlər qurmaq olar. Bu həm də həmin rayonların inkişafına da müsbət təsir edərdi. Rayonlarda biznes imkanlarının yaradılması da mütərəqqi addımlardan olardı. Bundan başqa, bəzi dövlət sturkturlarının, təhsil müəssisələrinin regionlara, xüsusən də mərkəzdə yerləşən şəhərlərə köçürülməsi də müsbət addım kimi dəyərləndirilə bilər".

E.Azadov da belə hesab edir ki, Qarabağda tikinti bumunun başlaması ilə Bakının yükü bir qədər də yüngülləşə bilər.

1427

qədər şikayət etsək də, heç bir mənası yoxdur - Avtobusdan sorğu

8
(Yenilənib 13:53 15.04.2021)
Paytaxt sakinləri “Baku Bus”dan narazı olduqlarını dilə gətiriblər. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.

İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.

Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər

8
Bakı metrosu açılşdan sonra

Avtobus metronun yükünü qaldıra bilmir: Deputatlar öz şərtlərini irəli sürdülər

183
(Yenilənib 16:11 15.04.2021)
"Avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. 600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır" - Aydın Mirzəzadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Biri ilə yaxındır ki, ölkədə pandemiya rejiminin davam etməsi və demək olar ki, bir ildir ki, müvəqqqəti fəaliyyət dövrü istisna olmaqla metronun bağlı olması yollardakı vəziyyəti iflic edib. Nəticədə tıxacların sayı, tıxacın davametmə müddəti daha da artıb. Belə olan halda isə gündəlik işə gedib qayıdanlar ən azı 5-6 saatını elə yolda keçirmiş olur.

Paytaxt sakinləri metronun açılmasını tələb edir və onlar bunu həm də havaların isinməsi, saatlarla avtobusda tıxacda qalmağın mümkünsüzlüyü ilə izah edirlər.

Pandemiya bütün dünyanı bürüsə də, bir çox ölkələr qoruma tədbirlərini daha da gücləndirməklə demək olar ki, normal həyatlarına dönüblər. İctimai nəqliyyat, metronun fəaliyyəti bir çox ölkələrdə bərpa olunub. Bəs Azərbaycan necə, bu təcrübədən yararlana bilərmi?

Millət vəkili Elnur Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, hazırkı karantin rejiminə riayət etməklə metroların işi bərpa oluna bilər. Onun fikrincə, metronun fəaliyyəti günün müəyyən vaxtlarında, əhalinin işə gedib-qayıtdığı saatlarda bərpa oluna bilər.

"Çox istəyərdim ki, maydan etibarən metronun fəaliyyəti bərpa olunsun. Lakin hazırkı durumda statistikalar bizi çaşdırır və metronun nə zaman açılacağına dair qərarın verilməsi sual edilə bilər. Hazırda virusla bağlı durum çox mürəkkəbdir. Gördüyünüz kimi, xəstələnənlərin sayı artmaqda davam edir. Belə başa düşürəm ki, bu artım davam edəcək", - deyə o, əlavə edib.

Millət vəkili vətəndaşları bir daha karantin rejiminin tələblərinə əməl etməyə səsləyib: "Vətəndaşlar maskalardan istifadə edir, karantin rejiminə riayət edir. Çox sevindirici haldır ki, Sovetlər Birliyindən ayrılan ölkələr arasında Azərbaycan karantin rejiminin tələblərinə riayət etməsinə görə nümunəvi ölkələrdən biridir".

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında metronun xüsusən hansı vaxtlarda fəaliyyətinə ehtiyacın olmasından danışıb:

"Metronu günün müəyyən vaxtlarında açmaq olar. Bu vaxt 07:00-dan 09:00-dək, 17:00-dən 19:00-dək tənzimlənə bilər. Yəni, daha çox işə gedilən vaxtda metronun açıq olması ilə rahatlıq təmin oluna bilər. Metroda sıxlıq yarandığını iddia ediriksə, o zaman avtobusdakı vəziyyətə nəzər salaq. Avtobuslarda sıxlıq metrodan daha çox olur".

Deputatın fikrincə, avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. "600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır. Birincisi, bizim bu sayda avtobusumuz yoxdur. Digər məsələ isə bu avtobusların belə sıxlıq yaradacağı ilə bağlıdır", - deyə millət vəkili əlavə edib.

O avtobuslardakı sıxlıqdan da söz açıb: "Belə olan halda insanlar işə basabasda getməli olur. Məsafənin gözlənilməsi, maskanın taxılması və maarifləndirici materialları yerləşdirməklə metronun fəaliyyətini bərpa etmək olar. Həm də, öncəki bir illə müqayisədə insanlar bu virus haqda daha çox məlumatlıdır və buna daha ciddi yanaşırlar. Bu zaman nəqliyyatdakı problem müəyyən qədər də olsa, həll oluna bilər".

Lakin infeksionist İlhamə Abbasova metronun açılmasının tərəfdarı olmadığını deyir:

"Metro açılarsa, virus daha da alovlanar. Çünki metro qapalı mühitdir. COVID-19-la bağlı rəqəmlərin artdığı bir vaxtda metronun açılması, hətta günün müəyyən saatlarında belə açılması məsləhət deyil. Peyvəndləmə işləri gedir, lakin vətəndaşların çoxunda narazılıq var, müəyyən bəhanələr gətirirlər. Heç olmasa əhali arasında peyvəndlənmə 80 faiz olarsa, bu zaman metronu günün hansısa saatında açmaq olar".

"Avtobusların sayını artırmağa, intervalı azaltmağa üstünlük verilsə, daha yaxşı olar", - deyə o, əlavə edib.

183
Şirniyyat

Konfet vaflinin qiyməti qalxacaq

0
(Yenilənib 15:59 15.04.2021)
Son altı ay ərzində şirniyyat məmulatlarının əsas tərkib hissəsini təşkil edən xammal 25-120% bahalaşıb ki, bu da qiymət artımını qaçılmaz edir.

BAKI, 15 aprel — Sputnik. Rusiya qənnadçıları yaxın vaxtlarda konfet və vaflinin qiymətinin qalxacağı barədə əhalini xəbərdar edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, xammalın bahalaşması istehsalçıları bu şirniyyatların dəyərini əhəmiyyətli dərəcədə artırmağa vadar edir. Belə ki, son altı ay ərzində konfet və vaflilərin əsas tərkib hissənin təşkil edən xammal 25-120% bahalaşıb. Məsələn, un, kərə yağı, yumurta və cemin qiyməti 50, şəkərin qiyməti isə 120 faizə qədər artıb. Nəticədə, şirniyyat məhsullarının istehsal dəyəri orta hesabla 10 faiz çoxalıb.

Xəbərdə bildirilir ki, bahalaşmaya yeyinti sənayesi üçün külli miqdarda xammal ehtiyatı alan və dünyada bu məhsulların defisitinə səbəb olan Çin də təsir göstərib. Bundan başqa, Çin bəzi məhsulların ixrac qiymətini də artırıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl Rusiya hökuməti inflyasiya ilə əlaqədar şəkər tozu-qənd və günəbaxan yağı istehsalçılarına 9 milyard rubl həcmində subsidiya ayırmışdı. Bu addım şəkərin topdansatış qiymətinin 36, pərakəndə qiymətinin isə 46 rubldan yuxarı qalxmamasına imkan verirdi. Subsidiya sayəsində bir litr günəbaxan yağının qiymətini isə 95-110 rubl səviyyəsində saxlamaq mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycana qənnadı məhsulları ixrac edən ölkələr arasında Rusiya əsas yerlərdən birini tutduğundan, ölkəmizdə də qiymət artımı qaçılmazdır.

 

0