İmtahan, arxiv şəkli

Dövlət qulluğuna qəbul üzrə test imtahanları yekunlaşdı

14
(Yenilənib 15:34 07.03.2021)
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb.

BAKI, 7 mart - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.

Sputnik Azərbaycan-a DİM-dən verilən məlumata görə, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 57 nəfərdən 52 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 5 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanı Bakı ilə yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də təşkil olunub. İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin martın 9-da elan olunması nəzərdə tutulur.

Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 9-dən 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası martın 10-11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

14
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Bakı küçələrində futbol oynayan uşaqlar, arxiv şəkli

Azərbaycanda həkimlər uşaqlara görə əmr gözləyirlər

9
(Yenilənib 22:01 10.04.2021)
"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".

 

 

9
Teqlər:
əmr, həkim, peyvənd, həftə, immunlaşdırma, uşaqlar
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda