Su sayğacı, arxiv şəkli

Su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

21
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

BAKI, 6 mart — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, şəhər ərazisində quraşdırılan mexaniki su sayğacları və onların qutularını oğurlamaqda şünhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Arzu İbrahimov qeyd edilən Səhmdar Cəmiyyətə məxsus, vətəndaşların istifadəsinə verilməmiş  112 ədəd mexaniki su sayğacı və 18 ədəd qutusunu oğurlayaraq ümumilikdə 4759 manat maddi ziyan vurub.

A. İbrahimov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

21

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

4
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

4
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4