Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Səhiyyə Nazirliyindən vaksin qəbul edənlərlə bağlı vacib açıqlama

25
Belə paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

 

BAKI, 4 mart — Sputnik. "Fevralın 8-dən yaşı 65-dən yuxarı, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası prosesi həyata keçirilir. Martın 3-dən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib.

Onun sözlərinə görə, ilkin olaraq, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib:

"Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesində iştirak etmək istəyənlər randevu.its.gov.az saytından qeydiyyatdan keçdikdən sonra poliklinikaya müraciət edə bilərlər. Qeydiyyat prosesində çətinlik yaşayan vətəndaşlara bu mövzuda da yardım göstərilir. Vətəndaş poliklinikaya zəng edərək şəxsi məlumatlarını qeydiyyat şöbəsindəki tibb işçisinə verməklə qeydiyyat sisteminə daxil edilir. İlk doza üçün qeydiyyatdan keçdikdən sonra mesaj şəklinə hər 2 dozanın tarix və saatı vətəndaşa göndərilir. İkinci qeydiyyatın olmaması vətəndaşlar üçün də asanlıq yaradır".

Qurum rəsmisi deyib ki, bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir:

"Vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir. Əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır. Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Biz işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik. Təkcə COVID-19 vaksini yox, bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq".

Səbinə Babazadənini sözlərinə görə, peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu unutmamalıyıq. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.

"Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür", - Babazadə əlavə edib.

25
Teqlər:
Səhiyyə Nazirliyi, pandemiya, Koronavirus, epidemiya, COVID-19, vaksinasiya, vaksin
AstraZeneca peyvəndi, arxiv şəkli

Angela Merkel "AstraZeneca" ilə vaksinasiya olunacaq

5
Kansler prosedurun vacibliyini vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.

Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.

Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.

5
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli

Payız-qış mövsümü ilə bağlı hazırlıq işlərinə start verildi

5
Bu tədbirlərdən biri olaraq Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

BAKI, 15 aprel — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra mühüm tədbirlər planının icrasına start verib.

Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə (xüsusən Bakı şəhəri) tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və s. işlər görüləcək.

Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlılıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək. Bu tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Eyni zamanda avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın. Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Qaz təchizatında bərpa işlərinin texniki olaraq tələb olunan vaxtdan ən azı 2 saat öncə başa çatdırılması planlaşdırılır.

5