Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli

Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlanıb

23
(Yenilənib 11:24 04.03.2021)
"Sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər".

BAKI, 4 mart — Sputnik. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin edilib:

"Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər".

Xatırladaq ki, bu gün Bakıda yaşı 50-dən yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya prosesi başlanılıb.

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda - 84, Sabunçu rayonunda - 90, Səbail rayonunda - 239, Nərimanov rayonunda - 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda - 129, Yasamal rayonunda - 158 saylı tam orta məktəblər) həyata keçirilir.

23
Teqlər:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, vaksin, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19
Qadın kölgəsi, arxiv şəkli

Qəbələdə qadın intihar edib

0
(Yenilənib 16:43 20.04.2021)
Qəbələdə otuz iki yaşlı qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Qəbələdə 32 yaşlı qadın özünü öldürüb.

Sputnik Azərbaycan bildirir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini,  32 yaşlı Şölə Sədiyar qızı Aslanova özünü asaraq intihar edib. Qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

0
Teqlər:
Qəbələ, qadın, intihar
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

5
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

5
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər