CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 24 saatlıq qadağa - Cərimələnə bilərsiniz

© Baku Transport AgencyАвтобус на спецполосе в Баку, фото из архива
Автобус на спецполосе в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
"Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 27 fevral — Sputnik. "Paytaxtın elə küçələri var ki, orada avtobus zolaqlarına digər avtomobillərin girişi 24 saat ərzində qadağandır. Məsələn, paytaxtın Qara Qarayev prospekti, Rəşid Behbudov küçəsində intensiv hərəkət nəzərə alınaraq çəkilən əlavə avtobus zolağına 24 saat kənar nəqliyyat vasitələrinin girişi qadağandır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib. M.Ağayev bildirib ki, paytaxt yollarında avtobus zolaqlarının çəkilməsinə yenicə başlanılıb:

"Hələ şəhərin çox az bir hissəsinə belə zolaqlar çəkilib. Bu, tıxacların qarşısının alınması üçün atılan addımdır. Bu zolaqların olduğu yollar şəhər yollarının heç dörddə birini təşkil etmir. Daha dəqiq desək, Bakıda cəmi 7 küçə və prospektdə avtobus zolaqları çəkilib. Həmin küçələrdə zolaqların qüvvədə olması vaxtla tənzimlənir.

Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Məsələn, Bayraq meydanından Azneft istiqamətində olan yolda əlavə avtobus zolağı var, lakin əks istiqamətində o zolağa ehtiyac yoxdur. Karantin rejimində bu yolda sıxlıq çox müşahidə edilməsə də, şəhərin girişi olduğu üçün günün pik saatlarında bu yolda tıxac müşahidə olunur. Biz burada əlavə avtobus zolağının olmasını təklif etdik. Səhər saat 07:00-dan axşam saat 20:00-a qədər bu zolağa digər nəqliyyat vasitələrinin girişi qadağandır. Saat 20:00-dan sonra isə nəqliyyat vasitələri rahat hərəkət edə bilər".

Xəbər lenti
0