CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda temperatur yüksəlib - Faktiki hava açıqlandı

© Sputnik / Murad OrujovBakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Azərbaycan ərazisində hava şəraiti fevralın 23-ü 16 radələrindən kəskin dəyişib. Güclü şimal küləyi əsib, qar yağıb. Bir çox rayonlarda, o cümlədən Bakıda şaxta olub

BAKI, 25 fevral — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən, əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir. Bu barədə Sputnik Azərbaycan-a Xidmətdən məlumat verilib.

Xəbərə görə, havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan ərazisində hava şəraiti fevralın 23-ü 16 radələrindən kəskin dəyişib. Güclü şimal küləyi əsib, qar yağıb. Bir çox rayonlarda, o cümlədən Bakıda şaxta olub, yollar buz bağlayıb.

Xəbər lenti
0