Bakıda qar təmizləyən texnika 25 fevral 2021 il

Hansı yollarda buzlaşma var? AAYDA açıqladı

6
Muğanlı-Ağsu hissəsinə zəif qar yağıb, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilib

BAKI, 25 fevral — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb. AAYDA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyatın hərəkəti təmin olunub.

Bakı – Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, səhər saatlarından başlayaraq qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Muğanlı - Ağsu – Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağıb, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul avtomobil yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağıb, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağıb, gecə saatlarından başlayaraq yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda marşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağıb. Gecə saatlarında şaxta çox olduğundan yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası yolunda ilə dövlət sərhədi yolunun Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6
İmtahan, arxiv şəkli

Bu şəhərlərdə buraxılış imtahanlarının vaxtı açıqlandı

4
(Yenilənib 11:09 20.04.2021)
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

 

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün , aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə), məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

4
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

29
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

29
Evdən icazəsiz çıxan koronavirus xəstəsi, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

BAKI, 20 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

0