Qar yağandan sonra Bakıda vəziyyət, 24 fevral 2021-ci il

Yağan qar kommunal qurumların üzünü qaraltdı, ümid taksilərə qaldı - Reportaj - FOTO

75
(Yenilənib 16:31 24.02.2021)
20-ci Sahədən Azneft dairəsinə taksi 10 manata, buradan "Elmlər Akademiyası" metro stansiyası yaxınlığına isə 15 manata aparırdılar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Hidrometeoroloqlar havanın fevral ayının 24-dən kəskin pisləşəcəyi barədə məlumat yaysalar da, yağan qar kommunal qurumların üzünü qara elədi. Paytaxt Bakıda yollar buz bağladı, nəqliyyatın hərəkəti iflic oldu. Baxmayaraq ki, aidiyyəti qurumlar hələ qış girməmiş yolların təmizlənməsi üçün kifayət qədər sayda texnikanın, duz və qum ehtiyatının olduğunu bəyan etmişdi. Sputnik Azərbaycan-ın Bakının Səbail rayonu, 20-ci sahə ərazisində apardığı müşahidələr zamanı yolların buz bağladığı, nəqliyyatın hərəkətinin çətinləşdiyi, sərnişinlərin isə taksilərin ümidinə qaldığı məlum olub.

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət, 24 fevral 2021-ci il

Bakıya yağan qar məhəllədaxili yollarda hərəkəti çətinləşdirmişdi. Yollarda sürüşən avtomobillərin sürücüləri insanların köməyi sahəsində çətin vəziyyətdən çıxmağa çalışırdı. 20-ci Sahə ərazisində məhəllədaxili yollar buz bağladığından, hər kəs ehtiyatla hərəkət edirdi. Heç nəqliyyatın intensiv olduğu 20-ci Sahə dairəsində də vəziyyət ürəkaçan deyildi. "Bakubus" avtobuslarının çoxu son dayanacaqda dayanaraq yolların açılacağını gözləyirdi. Arasında texniki xidmət gözləyənlər də vardı. 125, 127, 53, 6, 5 saylı avtobuslar isə müəyyən məsafəyə qədər sərnişin daşıya bilirdi. Odur ki, sərnişinlərin çoxu taksi xidmətindən istifadə edirdi.

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət

Çovğunlu hava, buzlu yollar taksilərə tələbatı artırdığı üçün qiymətlər də bahalaşmışdı. Hər zaman 20-ci Sahədən Azneft dairəsinə bir sərnişini 1 manata aparan taksilər adambaşına qiyməti 3 manata qaldırmışdılar. 20-ci Sahədən Azneft dairəsinə taksilər 10 manata, buradan "Elmlər Akademiyası" metro stansiyası yaxınlığına isə 15 manata aparırdılar. Halbuki, adi günlərdə bu qiymət 6 manatı keçmirdi. 20-ci Sahə dairəsindən Lökbatana isə taksi 20 manatdan aşağı sərnişin aparmırdı. Burada həmsöhbət olduğumuz taksi sürücüsü qiymətlərin yollar buz bağladığı üçün artırıldığını söylədi. Valeh Kərimov adlı taksi sürücüsü deyir ki, bu havada yola çıxmaq taksilər üçün də risklidir. Ona görə də qiymətlərin bahalaşması normaldır:

"Sərnişinlərdən indiyə qədər qiymətə narazılıq edən olmayıb. Hamı yollarda vəziyyəti görür. Camaatda pul yoxdur. Çox adam taksini qoyub piyada gedir".
© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət, 24 fevral 2021-ci il

Burada taksi sürücüləri bildirdilər ki, Yasamal istiqamətinə ümumiyyətlə sərnişin daşımırlar. Səbəbini isə Yasamalda yolların buzlu olması, çoxlu sayda qəza baş verməsi ilə əlaqələndirdilər: "Bu havada elə taksilər var ki, işləmir. Çünki hər an hansısa avtomobil sürüşüb gəlib vura bilər. Bakıda zəncirvari qəzalar çox olur. Ona görə də taksidə qiymətlər nisbətən bahalaşıb".

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət

Bakı-Salyan yolu 22 ərazisində isə sərnişinlərin çoxu dayanacaqda qalmışdılar. Onlar 125 və 127 saylı avtobusların yollardakı vəziyyətə görə gec-gec işlədiyini söylədilər. Apardığımız müşahidələr zamanı yollara qum və duz səpilməsinin şahidi olmadıq. Reportaj hazırladığımız müddətdə yalnız gözümüzə bir qartəmizləyən maşın dəydi. Yaranmış vəziyyət Bakı sakinlərini də narazı salmışdı. Dayanacaqda azyaşlı oğlu ilə avtobus gözləyən Esmira Kazımova bildirdi ki, yollar buz bağladığı üçün işə gec getsə də, hələ yolda qalıb: "Mən xəstəxanada işləyirəm. Əslində saat 9:00-da növbə dəyişməliydik. Amma mən hələ işə gedib çıxa bilməmişəm. Uşağı anamgilə qoyub, oradan işə getməliyəm. Çünki bu gün növbədəyəm. Avtobus 20 dəqiqədir ki, gəlmir, taksilər də qiyməti bahalaşdırıblar".

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət, 24 fevral 2021-ci il

Bibiheybət qəsəbəsi istiqamətində də avtobusların və digər avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb. Bunu Bibiheybətdən 20-ci Sahəyədək piyada gələn sakin İlhamə Məmmədova söyləyir. Onun sözlərinə görə, Bibiheybətdə nəinki avtomobillər, adamlar belə hərəkət edə bilmirlər.

© Photo: Baku City Executive Power
İnsanlar qarı bel ilə təmizləyir, 24 fevral 2021 il

Paytaxta yağan qar kommunal qurumların yarıtmaz fəaliyyətini sözün əsl mənasında üzə çıxartmışdı. Baxmayaraq ki, səhər saatlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarının gecədən etibarən qarın təmizlənməsi işlərinə başladığını bəyan ediblər. Maraqlıdır, əgər gecə saatlarından yollar qardan təmizlənibsə, yollara duz və qum səpilibsə, Bakının Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu, Bakı dairəvi yolda avtobuslar hansı səbəbdən sərnişin daşıya bilmir?

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət, 24 fevral 2021-ci il

Bakı Şəhər İcra Hakimiyyətindən və AAYDA-dan yolların qar və buzdan təmizlənməsi işinin davam etdiyini söylədilər...

© Sputnik / Zulfiyya Guluyeva
Qar yağandan sonra Bakıda vəziyyət
75
Mövzu:
Bakı qarın əsarətində (30)
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

2
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

2

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

6
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

6
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

0
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

0