Ceyran sobası

"Biz başındayıq, probleminiz varsa, dərhal bizi məlumatlandırın" - "Azəriqaz" İB

13
(Yenilənib 12:33 24.02.2021)
Qaz təchizatı ilə bağlı hansısa problem yaranarsa, 104/185 çağrı mərkəzləri və 077 310 41 04 Whatsap nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur

BAKI, 24 fevral — Sputnik. "Biz iş başındayıq, probleminiz varsa, dərhal bizi məlumatlandırın". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən abonentlərə çağırış edilib. Bildirilib ki, qaz təchizatına dair yarana biləcək çətin durum barədə “Azəriqaz” İB-nin Çağrı Mərkəzi ilə əlaqə saxlanılsın.

Qaz təchizatı ilə bağlı hansısa problem yaranarsa, 104/185 çağrı mərkəzləri və 077 310 41 04 Whatsap nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Qeyd edək ki, ötən gün gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsindən canlı yayım təşkil edib. Baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu abonentlərdən özü dinləmək istəyib. Təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib. Ruslan Əliyevlə bağlantıya 7 minə yaxın "Facebook" izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik analiz göstərir ki, bir çox abonent qazın təzyiqindən razı idi. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunurdu. Canlı yayıma Birliyin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşulmuşdular. Onlar abonentlərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alaraq, əlaqə nömrələrini istəyirdilər.

13
Teqlər:
problem, "Azəriqaz" İB, təchizat, qaz
Mövzu:
Bakı qarın əsarətində (30)

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

3
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

3

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

618
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

618