Qar adanı, arxiv şəkli

Faktiki hava durumu: Bakıya 18 sm qar yağıb, 5 dərəcə şaxta var

14
Fevralın 23-ü saat 16:00-dan etibarən Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, temperatur enib, güclü qar müşahidə olunur.

BAKI, 24 fevral - Sputnik. Azərbaycanda faktiki hava durumu açıqlanıb.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən bildirir ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubada 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay (Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 sm-dək olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 sm olub.

Şimal-qərb küləyinin sürəti Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6 metrə çatıb. Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.

14
Teqlər:
Azərbaycan, Bakı, qar, şaxta, hava
Mövzu:
Bakı qarın əsarətində (30)

Azərbaycanlı məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər

310
(Yenilənib 22:34 07.03.2021)
"İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil".

BAKI, 7 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar.

Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir.

"Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur.

Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun.

Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb.

"Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Röya (@royaofficial)

SSRİ Xalq rəssamı Tahir Salahovun qızı, Moskvada yaşayan rəssam Aydan Salahova Rusiyanın koronovirus əleyhinə ilk peyvəndi olan "Sputnik V" ilə vaksinasiya olunub. O, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etdiyindən COVID-19-a yoluxmamaq üçün risk etmək qərarına gəlib və peyvənd vurdurub. Rəssama artıq preparatın ikinci dozası da vurulub və o, özünü çox yaxşı hiss edir. Düzdür, əvvəl bir az üşütmə və hərarət müşahidə olunsa da, sonra vəziyyəti yaxşılaşıb.

Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev "CoronaVac" peyvəndinin birinci dozasını vurdurub. Müğənninin sözlərinə görə, hamı əvvəlki həyat tərzinə qayıtmaq istəyir və uşaq bağçalarının, məktəblərin, ali təhsil müəssisələrinin açılması tezliklə digər məhdudiyyətlərin də aradan qaldırılacağına inam hissi yaradır.

"Bu dəfə hər şey insanların özündən asılıdır. Arzularımızı gerçəkləşdirmək, sağlamlığımızı qorumaq istəyiriksə, peyvənd olunmalıyıq. Yaxın günlərdə "Sinovac" şirkətinin "CoronaVac" vaksininin ikinci dozasının vurulması üçün yenidən tibb müəssisəsinə müraciət edəcəyəm. Beləliklə, həm özümü, həm də yaxınlarımı yoluxmaqdan qoruyacağam. Peyvənd vurdurun – sağlam yaşayın!" – deyə Ağayev qeyd edib və öz pərəstişkarlarını sağlam gələcək naminə vaksinasiya olunmağa çağırıb.

Xatırladaq ki, Azərbaycanda SARS-CoV-2 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. "2021-2022-ci illər üçün Azərbaycan Respublikasında COVID-19-a qarşı peyvənd strategiyası"na uyğun olaraq ilk növbədə həkimlərin və tibb işçilərinin vaksinasiya olunması nəzərdə tutulmuşdu. Bundan sonra 65 yaşdan yuxarı insanlar vaksinasiya prosesinə cəlb olundu. Hazırda yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına peyvənd vurulması davam edir. 18 yaşınadək şəxslər, hamilə qadınlar və allergiya xəstələri istisna təşkil edir. Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə həyata keçirilir.

Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur.

310
Şəki-Qax yolunda yanğın

Ekoloji fəlakətin bir addımlığında: Şəki-Qax yolunda güclü yanğın baş verib - FOTOLAR

445
(Yenilənib 01:02 08.03.2021)
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan.

BAKI, 7 mart – Sputnik. Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.

Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Şəki-Qax yolunda yanğın

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.

 

445
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0