QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yüz qırx gündən sonra şəhid xəbəri gələn 20 yaşlı əsgər Gəncədə dəfn edilib

© Sputnik / Rahim MammadovƏmrah Rajapov
Əmrah Rajapov - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Əmrah Rajapov kiçik yaşlarında atasını itirdikdən sonra uşaq evinə verilib və Gəncədə uşaq evində böyüyüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbədə pay sahibi olanlardan biri də Əmrah Rajapovdur. O, 2000-ci ildə Gəncədə doğulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, kiçik yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən uşaq evlərindən birinə verilib. Orta məktəbdən məzun olduqdan sonra, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. 44 günlük Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi ötən gün müəyyən edildikdən sonra Gəncə şəhərinə gətirilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

© Sputnik / Rahim MammadovŞəhid Əmrah Rajapovun dəfn mərasimi
Yüz qırx gündən sonra şəhid xəbəri gələn 20 yaşlı əsgər Gəncədə dəfn edilib - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Şəhid Əmrah Rajapovun dəfn mərasimi

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Xəbər lenti
0