Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncəyə hücum zamanı həlak olan azyaşlının arzularından biri çin olub, amma necə...

© Sputnik / Rahim MammadovArtur Mayakovoun ailəsinin üzvü
Artur Mayakovoun ailəsinin üzvü - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
"Çox şən uşaq idi, həm də savadlı idi, deyirdi "tarixdə qalmaq istəyirəm". Elə dediyi kimi də oldu. Tarixə düşdü, şəhidlik zirvəsinə yüksəldi Artur".

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. 2020-ci il 17 oktyabr gecəsi ermənilər tərəfindən Gəncəyə raket zərbələri nəticəsində qətlə yetirilənlər arasında 13 yaşlı Artur Mayakov da var. Rusiya vətəndaşı olan yeniyetmə, Gəncə sakini Ramil Quliyevin övladı olub. Valideynlər arasında nikah olmadığından Artura ana babasının soyadı verilib. Erməni terrorunun qurbanı olan yeniyetmə atasının üzünü də görməyib, o doğulmamışdan 3 ay öncə R.Quliyev vəfat edib. Artur böyüdükcə ata tərəfini, Azərbaycanda yaşayan nənəsini, qohumlarını görmək, atasının məzarını ziyarət etmək arzusunda olub. Ata nənəsi Rəqibə Quliyeva nəvəsinin arzusunu reallaşdıraraq onu 9 yaşında, 2016-cı ildə Gəncəyə gətirir. Anası erməni vətəndaşı ilə ailə qurduğundan Artur onun razılığı ilə ata nənəsinə verilir. Mayakovun xoşbəxt günləri də elə bundan sonra başlayır. O, Gəncədə 29 nömrəli məktəbdə təhsil alıb. Doğmaları ilə cəmi 4 il xoş günlər görə bilib. 17 oktyabr gecəsi Muxtar Hacıyev küçəsinə düşən raket Arturun, nənəsinin və 2 bibisinin yaşadığı mənzili yerlə-yeksan edir. Dağıntılar altından çıxarılıb xəstəxanaya yerləşdirilən yeniyetmə 7 gün sonra orada vəfat edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Rəqibə Quliyeva hər gün dağılmış həyətinə gəlib nəvəsini axtardığını deyir:

© Sputnik / Rahim MammadovArtur Mayakov
Gəncəyə hücum zamanı həlak olan azyaşlının arzularından biri çin olub, amma necə... - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Artur Mayakov

“Həmin gecə Artur balıq istəmişdi, bişirdim yedik. Sonra keçdi hər kəs öz otağına yatdı. Mən bir az oturub, çay içimək istədim. Təxminən saat 1-ə qalmış olardı, gördüm evin pəncərələri sındı, taxtalar üzərimə düşdü. Elə bildim evə oğrular girib. Sonra işıqlar da söndü. Nə baş verdiyini görə bilmədim. Qışqırdım, qızlarımı çağırdım, Arturu çağırdım, səs gəlmədi. Baxdım ki, qızım Gülnarə dağıntıların altında qalıb. Sonra gəlib kömək etdilər, çıxardılar bizi. Nəvəm elə də çox xəsarət almamışdı, qızımın vəziyyəti ondan ağır idi. Qorxurdum ki, qızım sağ qalmaz. Artur bir həftə xəstəxanada qaldı, sonra xəbər gəldi ki, dünyasını dəyişib. Dünyam qaraldı, ondan oğlumun qoxusunu alırdım. Mən atam evində qalıram, qızlarım yataqxanada. Gecə saat 2-də də olsa Artur yadıma düşür, gəlib həyətdə qalan ağacların dibində ağlayıram. "Artur, Artur, Artur" deyə çağırıram. Şəkillərinə baxıb ağlayıram. Mənim bir xahişim var. Nəvəmin şəhidlik statusunu mənə versinlər. Heç şəhid üçün verilən pulu da istəmirəm. Statusunun anasına verilməsini istəmirəm. O, ermənilərlə bir yerdədir, onlarla oturub-durur. Ona görə şəhidlik statusunun ona verilməsini qəti istəmirəm. Burada evlər tikilib qurtarandan sonra küçədə abidə ucaldılmasını, ora şəhidlərin adının verilməsini istəyirəm”.

© Sputnik / Rahim Mammadov
Artur Mayakovoun ailəsinin üzvü - Sputnik Azərbaycan
1/2
© Sputnik / Rahim Mammadov
Artur Mayakovoun ailəsinin üzvü - Sputnik Azərbaycan
2/2
1/2
2/2

Gəncəyə düşən raket zamanı ağır xəsarət alanlardan biri də Arturun bibisi Gülnarə Quliyevadır. Yuxudan gurultu, partlayış səsinə oyanan şəhər sakini ətrafında heç kimin olmadığını, zərbədən zirzəmiyə, dərinliyə düşdüyünü deyir. Həmin dəhşətli gecədə dağıntılar altından xilas edilərkən Arturu çağırdığını, amma səs vermədiyini bildirir: “Sanki yuxu görürdüm, dəhşət idi, evin ağır daşları üzərimə tökülmüşdü. Qışqırırdım, bağırırdım. Sağ olsunlar, məni xilas etdilər. Ətrafa baxanda hər yerin dağıldığını görüb şoka düşdüm. Arturun xəstəxanaya aparıldığını dedilər. Onun ən böyük arzusu Şuşaya getmək idi. Deyirdi "bibi, Şuşa haqqında kitabda oxumuşam, amma o şəhəri canlı görmək istəyirəm. Ora apararsan məni, şəkil çəkdirib, deyəcəm ki, Artur Gəncəli Şuşada olub". Çox təəssüf Artur balam Şuşanı görmədi. Yuxu da görürəm, köhnə evimizin yanında idman edir. Çox şən uşaq idi, həm də savadlı idi, deyirdi "tarixdə qalmaq istiyrəm". Elə dediyi kimi də oldu. Tarixə düşdü, şəhidlik zirvəsinə yüksəldi Artur”.

Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 51 nəfər xəsarət alıb.

Xəbər lenti
0