Qarahəsənli kəndində xırdabuynuzlu heyvanlar

Heyvanların identifikasiyası qeydiyyatı sisteminin yaradılmasına başlanılıb

13
Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək

BAKI, 22 fevral — Sputnik. "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib. Sistemin yaradılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə üzrə Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və sair barədə məlumatlar yer alacaq.

HİQS vasitəsilə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq.

13
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

5
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

5

Nazirlikdən şaxta ilə bağlı ciddi xəbərdarlıq: Ehtiyac olmadıqda küçəyə əsla çıxmayın!

9
(Yenilənib 22:38 24.02.2021)
Hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.

BAKI, 24 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. 

9
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0