Qandal, arxiv şəkli

Yevlaxda narkotik alverçiləri saxlanıldı

11
(Yenilənib 10:43 22.02.2021)
Dindirilmə zamanı İ. Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib.

BAKI, 22 fevral — Sputnik. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükülüdə 42 qramdan artıq narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükülüdə 10 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı İ. Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib. Davam etdirilən tədbirlərlə Yevlax şəhər sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı satış məqsədi ilə gəzdirdiyi 1 ədəd sellofan bükülüdə heroin aşkar edilərək götürülüb.

Saxlanılan hər iki şəxs barəsində Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

11
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

5
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

5
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Xocalı İsmayılov

Ad gününü heç vaxt qeyd etməyən Xocalı - Söhbət şəkili gəncdən gedir

23
(Yenilənib 13:57 26.02.2021)
Müşviq İsmayılov: "Uşaq dünyaya gələndə ad barədə qərara gəlməmişdik. 5-10 gün sonra atam gəlib dedi ki, uşağa ad qoymuşam - Xocalı".

İbrahim Həşimov, Sputnik Azərbaycan.

BAKI, 26 fevral — Sputnik. Xocalı İsmayılov 1992-ci il fevralın 26-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Kəndin vətənpərvər ziyalılarından olan Salman İsmayılov da nəvəsinin adını Xocalı qoymaq qərarına gəlib. Xocalının atası Müşviq İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, bu adı övladına qoymaq istəyərkən maneələrlə də üzləşiblər.

"Uşaq dünyaya gələndə ad barədə qərara gəlməmişdik. 5-10 gün sonra atam gəlib dedi ki, uşağa ad qoymuşam - Xocalı. O vaxt rayonda o adı qoymağa imkan vermirdilər. Atam məktəbdə direktor müavini idi. Rayon rəhbərliyi ilə danışdı, tanıyırdılar onu. İcazə verdilər. Çox faciəvi gün idi. Atam da vətənini sevən insan idi. Təsəvvür edin ki, atam həftələrlə o hadisələrin təsirində qalmışdı. Bu cür acılara dözə bilmədi, ömrü qısa oldu. 1996-cı ildə infarktdan rəhmətə getdi", - M.İsmayılov bildirib.

Müşviq İsmayılovun sözlərinə görə, 29 ildir Xocalının doğum gününü qeyd etmirlər.

  • Xocalı İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
  • Xocalı İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
  • Xocalı İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Xocalı İsmayılov

"Bu günə kimi, 29 ildir biz Xocalıya ad günü keçirməmişik. Amma qələbə oldu. Düzdür, şəhidlərimiz oldu. Amma hamısının qisası alındı. Gələn ildən doğum gününü qeyd edəcəyik. Kiçik marketimiz var. Tarixi unutdurmamaq üçün onun da adını Xocalı qoymuşuq".

Xocalı İsmayılov deyir ki, ona verilən bu ad hər kəsin marağına səbəb olur. Ən maraqlı tərəfi isə özünün də məhz Xocalı faciəsi günü dünyaya gəlməsidir.

"İş kollektivimdə, harasa qonaq getdikdə bu ad çox maraqla qarşılanır. Hamı soruşur ki, nə məqsədlə qoyulub? Artıq müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edib. Babam kimi bütün vətənpərvər insanların, xüsusən də şəhidlərimizin ruhları şaddır", - deyə X.İsmayılov vurğulayıb.

Xocalı doğum gününü ilk olaraq adını daşıdığı şəhərdə qeyd etmək niyyətindədir.

"29 ildir doğum günü qeyd etmirəm. İstəyirəm ki, gələn il 30 yaşımı, ilk dəfə doğum günümü Xocalıda qeyd edim. İlk doğum günümü adını yaşatdığım torpaqda qeyd etmək istəyirəm. Rusiyada olduğum müddətdə də həmişə bu adın mənasını oradakı insanlara başa salmışam, onlara Xocalı soyqırımından danışmışam".

23
Prezident İlham Əliyev, arxiv şəkli

"Xocalı soyqırımı haqqında bütün dünya biləcək"

0
"Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı""Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı"

 

BAKI, 26 fevral — Sputnik. "Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib: "Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır. Gəncə şəhərinə, Tərtər, Bərdə və digər şəhərlərə. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Tam əminəm ki, illər keçdikcə, Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq".

Prezident bildirib ki, ermənilər yaşlı qadını qəbul edib yaşlı kişini xəstə olduğu üçün qəbul etmədilər: "Dedilər ki, bu artıq xəstədir və bizim ona baxmağa imkanımız yoxdur. Hətta dedilər ki, onun heç bir qohumu yoxdur. Əgər biz onu qəbul etsək ona kim baxacaq?! Baxın, bu əxlaqsığın dərəcəsi varmı, ya yox?!. Nə qədər səy göstərsək də, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bunun şahididir. Onların iştirakı ilə bunu edirdik. Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə onu xəstəxanaya yerləşdirdik və bütün səylərə baxmayaraq bir müddətdən sonra o kişi rəhmətə getdi. Biz bunu da edirdik, amma onların cavabı nə oldu", - dövlət başçısı bildirib.

0