Milli Məclis, arxiv şəkli

Azərbaycan Milli Məclisi Estoniya parlamentinə məktub göndərib

20
Məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya Parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı yüksək qiymətləndirilib.

BAKI, 20 fevral — Sputnik. Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterə və qrupun üzvlərinə təşəkkür məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktubda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya Parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı yüksək qiymətləndirilib, Azərbaycan xalqının kədərini bölüşən bu dəstəyə görə dostluq qrupu adından minnətdarlıq bildirilib.

Qeyd edilib ki, Azərbaycan Estoniya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Məktubda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və parlament diplomatiyasının xalqlarımızın rifahının daha da yüksəlməsinə və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Estoniya parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlığa qarşı cinayəti qınanılıb, bu kütləvi qətli törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

20
Tələbələr, arxiv şəkli

Qızlar oxumaqda oğlanları üstələdilər

6
(Yenilənib 20:46 24.02.2021)
Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

BAKI, 24 fevral — Sputnik. Dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib. 

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.

Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

6
Teqlər:
Təhsil Nazirliyi
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

"Vəzifəli" şəxs həbs edilib

14
Hazırda cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 24 fevral — Sputnik. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Süleyman Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

24 fevral 2021-ci il tarixdə Süleyman Cəfərova Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

14
Rusiyada təcili yardım maşını, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır

0
(Yenilənib 20:50 24.02.2021)
Rusiyada bu xəstəliyə yoluxanların sayı 4200902-yə çatıb. Pandemiya yayılandan bu ölkədə 84430 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 24 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11749 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 383 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4200902-yə çatıb. Rusiyada pandemiya yayılandan 84430 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3751562-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0