Professor Qulu Məhərrəmli, arxiv şəkli

Qulu Məhərrəmli: Problemləri sosial şəbəkələrdə yox, televiziyada müzakirə etmək lazımdır

31
"Məsələn, "Space"nin rəhbərini dəyişdilər, hamı güman edir ki, kanalda nələrsə müsbətə doğru dəyişəcək. Çünki,Vaqif Mustafayev televiziyaya hind kinosu kimi baxırdı".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb. Bəs görəsən bu görüşün ölkəmizdəki yerli kanalların inkişafına təsir edəcəkmi? Ümumiyyətlə, Azərbaycan TV-ləri mədəniyyətin təbliğinə necə diqqət yetirir? Suallarımızı media eksperti, professor Qulu Məhərrəmliyə yönləndirdik. Q. Məhərrəmlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, problemləri həll etmək baxımından bu görüşlər əhəmiyyətlidir: "Fikrimcə, nazirliklər televiziya rəhbərləri ilə görüşməklə yanaşı, onlara konkret layihələrlə müraciət etsin. Bunun 2 tərəfi var: birincisi həmin problemlər ekrana çıxır, ikincisi də həmin layihələrin icrası üçün qrumlar televiziyaların maliyyələşməsinə həmin qrumlar yardımçı ola bilər. Lakin, bu görüş keçirildi, bunun nəsə nəticəsi olacağını düşünmək sadəlövlük olardı".

"Azərbaycan TV-ləri mədəniyyətin təbliğinə necə diqqət yetirir?" sualına media ekspertinin cavabı belə oldu: "Düşünürəm ki, televiziyalarda digər sahələrə baxanda mədəniyyət sahəsində olan problemlər daha çox işıqlandırılır. Amma bu işıqlandırmada problemlər var. Formatlar bir-birinə bənzəyir. Mövzular rəngarəng deyil".

Məhərrəmlinin fikrincə, birinci növbədə televiziyalara olan münasibəti dəyişmək lazımdır: "Məsələn, "Space"nin rəhbərini dəyişdilər, hamı güman edir ki, kanalda nələrsə müsbətə doğru dəyişəcək. Çünki,Vaqif Mustafayev televiziyaya hind kinosu kimi baxırdı. Yaxşı kinorejissor idi, amma televizyanın fəlsəfəsini, sosial aspektlərini, cəmiyyətdəki yerini lazımi şəkildə qavrıya bilmirdi. Televiziya açıq tribunadır, bundan səmərəli istifadə etmək lazımdır. Ona məhdudiyyətlər yox, peşəkarlıq baxımından yüksək standartlara uyğun verilişlər hazırlanmalıdır ki, orada diskusiyalar getsin, maraqlı verilişlər olsun, tənqidi yanaşmalar olsun. Cəmiyyətdəki sosial problemləri sosial şəbəkələrdə yox, televiziyalarda müzakirə etmək lazımdır".

31
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

9
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

9