Pul qabı, arxiv şəkli

"Azərsu"nun rəisini cərimələdilər

20
(Yenilənib 20:53 19.02.2021)
Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələrinə görə “Azərsu” ASC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işlər sürətlənmədiyindən cəriməni qurumun idarə rəisinə kəsiblər

BAKI, 19 fevral - Sputnik. Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

“Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub”.

Kişi qabı su ilə doldurur, arxiv şəkli
© AFP 2021 / FILIPPO MONTEFORTE

Xidmət rəisi qeyd edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.

H.Əlizadənin sözlərinə görə, bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.

“Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.

20
Teqlər:
çirkab, Kürdəxanı, Məhəmmədi, Zabrat, cərimə, rəis, idarə, "Azərsu" ASC
Partlayış, arxiv şəkli

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı

3
(Yenilənib 16:31 03.03.2021)
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

3
Teqlər:
yaralı, partlayış, mina, vəzifəli şəxs, Ağdam, Qarabağ
Berlin kinofestivalının mükafatları, arxiv şəkli

Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür

12
Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin film 71-ci Berlin film festivalında festival proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubunu göndərdi. Bundan əlavə, Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib. Bununla yanaşı, Almaniya Federativ respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirildi. Görüş zamanı cənab nazir Anar Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirdi".

Kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, filmin məlumat hissəsində böhtan və qərəz xarakterli məlumatlar yer almışdı: "Hətta filmin istehsal edildiyi ölkə kimi qondarma "Arsax Respublikası" kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb. Nazirlik öz işini davam etdirəcək. Biz nəticəni gözləyirik. Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması mələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik".

12