CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zabratdan başlayan tıxaclara son - Dəmiryolları çarə tapdı

© Azerbaijan Highway State AgencyZabratda avtomobil alt keçidi
Zabratda avtomobil alt keçidi  - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Yay-qış hər axşam Zabrat qəsəbəsində saatlarla davam edən tıxaclar olur. Yeni tikilmiş keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq və beləliklə tıxac zülmü bitəcək

BAKI, 19 fevral — Sputnik. Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq. Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu. Keçidin inşası baş verə biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır.

Yollarda vəziyyət - Sputnik Azərbaycan, 1920, 17.02.2021
CƏMİYYƏT
Dayanacaqlar mitinq meydanını xatırladır, metro da ki, göz dağı

Qatarların hərəkəti zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da öz növbəsində əlavə vaxt itkisi demək idi. Keçidin tikintisi dəmir yolu ilə avtomobil yolunun eyni səviyyəli kəsişmələrində nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək.

Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 paqonmetr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.

Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.

Xəbər lenti
0