Metal tullantılarının qəbulu, arxiv şəkli

Yaşı 16-dan aşağı şəxslərdən metal tullantılarının qəbulu qadağan olunub

10
(Yenilənib 14:19 19.02.2021)
Metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilmir.

BAKI, 19 fevral — Sputnik. Baş nazir Əli Əsədov “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərar imzalayıb. 

Qərara əsasən, “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” təsdiq edilib. 

Həmçinin, “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib. 

“Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq hazırlanıb, əlvan və qara metal tullantılarının qəbulu və dövriyyəsi zamanı qanunazidd hərəkətlərin qarşısının alınması, həmçinin radiasiya və partlayış təhlükəsizliyinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.

Bu Qaydalar hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir. Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən, dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir.

Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır. Metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilmir. Fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunur. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri bu Qaydaların tələblərinə riayət etmədən metal tullantılarının təhvil verilməsi halları barədə dərhal aidiyyəti üzrə ərazi polis orqanına və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməlidirlər. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən metal tullantılarının emalı üçün istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında qanuna uyğun olaraq sertifikatlaşdırılır.

Səthi yaxınlığında qamma-şüalanmanın MEDG (təbii fon çıxılmaqla) 0,2 mkZv/st aşmayan, tərkibində lokal mənbələr və alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmə olmayan metal tullantıları partiyasının radiasiya təhlükəsizliyi üzrə heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının ərazisində istifadə olunmasına yol verilir.

10
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Fuad Oktaya başsağlığı verdi

3
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

3
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, Baş nazir, Türkiyə, Azərbaycan
İclas zalı, arxiv şəkli

YAP İdarə Heyətindən çıxarılanların SİYAHIsı

12
YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb

BAKI, 5 mart — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, partiyanın bu gün keçirilmiş qurultayında formalaşdırılan 40 nəfərdən ibarət İdarə Heyətində aşağıdakı şəxslər yer almayıblar:

Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Vaqif Əliyev, Nurlana Əliyeva, Akif Əlizadə, Yusif Hümbətov, Kərim Kərimov, Abel Məhərrəmov, Əli Həsənov.

Qeyd edək ki, YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib

 

12
Teqlər:
qurultay, YAP