Bakı metrosunda yaşlı adam, arxiv şəkli

İşləyən pensiyaçıların pensiyaları yenidən hesablanıb

27
(Yenilənib 18:26 18.02.2021)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, işləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb.

BAKI, 18 fevral — Sputnik. Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 6297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməyə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməyə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

 

27
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

7
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

7
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

146
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

146